"Neftçi" ilk yoxlama oyununu keçirir

2.07.2026 10:36 21
Ölkə futbolu
"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Yuri Vernidubun komandası ÇFR ilə üz-üzə gələcək. Rumıniya təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

"Neftçi" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq.