"Komandamızda kifayət qədər dəyişikliklər edilib"

2.07.2026 12:13 26
Ölkə futbolu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında "Metallist 1925" (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) keçirilən görüşlər haqqında danışıb.

"Football-plus.az" xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“İki oyun keçirdik. “Metallist 1925"lə matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq. Günün ikinci matçındakı rəqibimiz “Ferentsvaroş” da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq. Pis alındığını deyə bilmərəm. Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Komandamızda kifayət qədər dəyişikliklər edilib. Oyunçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik. Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq”.

Xatırladaq ki, "Qarabağ" "Metallist 1925"ə 2:6, "Ferentsvaroş"a isə 0:1 hesabı ilə uduzub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul