"Qəbələ"nin futbolçusu "Şamaxı"da

2.07.2026 12:30 16
Ölkə futbolu
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ”dən Okan Təhməzlini transfer edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.