"Sabah" yeni futbolçu ilə anlaşıb.
"Football-plus.az" xəbər verir ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra ölkə çempionunun uğurları üçün çalışacaq. Kurasaolu futbolçu İsrailin "Makkabi" (Hayfa) klubundan transfer edilib. Yeni transferlə "2+1" illik müqavilə bağlanıb.
Severina karyerası ərzində Niderlandın "Den Haaq" (2021-23), Serbiyanın "Partizan" (2023-24), Portuqaliyanın "Kaza Pia" (2025-26) və İsrailin "Makkabi" (Hayfa, 2024-26) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.