"Şəfa" daha bir legioner aldı

2.07.2026 11:51 22
Ölkə futbolu
“Şəfa” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. Karyerası ərzində isə “Vitorul Tarqu", “Botoşani” və “Universitatea Krayova” kimi komandaların formasını geyib.

"Şəfa" yay fasiləsində Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev və Vlad Marian Popu da transfer edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul