“Valensiya” heyətinə yeni oyunçu cəlb edib.
Football-plus.az xəbər verir ki, İspaniya klubu Yaqo Errerin ilə anlaşıb. Azad agent statusu daşıyan qapıçı ilə bağlanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. 34 yaşlı Yaqonun sonuncu komandası ötən il sıralarına qoşulduğu “Əl-Raed” olub.
O, Səudiyyə Ərəbistanı klubundan bu yay ayrılmışdı.