İspaniyanın iddialı klublarından olan ''Valensiya''da türkiyəli futbolçu peyda olub.
Football-plus.az xəbər verir ki, ''yarasalar'' 21 yaşlı mərkəz müdafiəçisi Cenk Özkaçarı ''Lion''dan birillik icarəyə götürüblər. Komanda gələn yay bu futbolçunu daimi əsasda transfer etmək hüququnu da elə keçirib. Cenkin illik qazancının 500 min avro olacağı gözlənilir.
Qeyd edək ki, Cenk Özkaçarı İzmir futbolunun yetirməsidi və 2020-ci ildə ''Altay''dan ''Lion''a transfer olunmuşdu. Amma Fransa klubunda əsas heyətə düşə bilməyən istedadlı müdafiəçi ötən mövsümü Belçikada icarə əsasında keçirdi. O, ''Heverli''də 32 oyuna çıxaraq 2 qol vurdu. Bu futbolçu artıq Türkiyə yığmasında da debüt etməyə macal tapıb. Özkaçar Mehmet Topaldan sonra ''Valensiya'' tarixinin 2-ci türkiyəli oyunçusuna çevrilib. Topal 2010-da ''Qalatasaray''dan 5,5 milyon avroya ''Valensiya''ya gəlmiş və 2 mövsüm ərzində 59 rəsmi oyuna çıxmışdı.