"Real"ın futbolçusu Kərim Benzema üç fərdi mükafata layiq görülüb.
"Marca" tərəfindən hər il keçirilən mərasimdə hücumçu Piçiçi kuboku (La Liqada mövsümün bombardirinə verilir), Di Stefano kuboku (La Liqada mövsümün ən yaxşı oyunçusu) və azarkeşlərin seçimi ilə "mövsümün oyunçusu" mükafatını alıb.