Benzemanın sağalma müddəti bəlli oldu

7.09.2022 19:50 349
Dünya futbolu
"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1-ci turunda "Seltik"lə matçda dizindən zədə alıb.

Onun sağalma müddəti müəyyənləşib. Forvard təxminən 10 gün ərzində meydana çıxa bilməyəcək. Fransalının zədəsi ciddi olmadığı üçün sentyabrın 18-də "Atletiko" ilə oyunda iştirak edə biləcək.