• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Levandovski “Bavariya”ya, Holann isə “Borussiya”ya qarşı!

Dünya futbolu

28-08-2022, 12:0

Avqustun 25-də qitənin futbol ictimaiyyətinin diqqəti Avropa Liqası (AL) və Konfrans Liqasının (KL) pley-off mərhələsinin həlledici oyunları ilə yanaşı İstanbuldakı tədbirə də yönəlmişdi. Türkiyənin bu şəhərindəki mərasimdə Çempionlar Liqasının (ÇL) 2022/23 mövsümünün qrup mərhələsinin püşkü atıldı.

Format və iştirakçılar
Turnirin mövcud formatına əsasən 26 komanda mübarizəyə birbaşa qrup mərhələsindən başlayarkən 6 komanda əsas mərhələdə ÇL-in seçmə mərhələlərinin qalibi kimi oynamaq hüququ qazanıb. Pley-off sınaqlarından uğurla ayrılan iştirakçıların “Reyncers”, “Kopenhagen”, “Benfika”, “Makkabi” (Hayfa), “Dinamo” (Zaqreb) və “Viktoriya” (Plzen) olduğunu bildirək. Cümə axşamı Bakı vaxtı ilə saat 20.00-da başlayan püşkatma mərasimdən əvvəl qitənin ən güclü klub turnirinin iştirakçısı olan 32 komanda 4 səbətə bölünmüşdü. Birinci səbətdə ÇL-in (Real) və AL-in (Ayntraxt F) son qalibləri, həmçinin UEFA-nın əmsallar cədvəlində ən yüksək reytinqə malik 6 ölkənin (İngiltərə, Almaniya, İtaliya, Fransa, Portuqaliya, Niderland) çempionu qərarlaşmışdı. Qeyd edək ki, “Real” ilk səbətə həm də İspaniya çempionatının son qalibi kimi daxil edilmişdi. Digər 24 komanda isə reytinqinə əsasən növbəti səbətlərə salınmışdı. Püşkün qaydalarına görə, eyni ölkənin təmsilçiləri bir qrupa düşə bilməzdilər. UEFA-nın İcraiyyə Komitəsinin Rusiya və Ukrayna klublarını müxtəlif qruplara salmaqla bağlı bir neçə il əvvəl çıxardığı qərarın qüvvədə qaldığını da vurğulayaq. Amma bu qərarın cari mövsümdə tətbiqinə ehtiyac olmayacaq. Çünki Rusiyanın Ukraynaya hərbi təcavüzü UEFA-nı şimal qonşumuzun klublarının avrokubokların cari mövsümündə iştirakına qadağa qoymağa vadar edib. Yeri gəlmişkən, birbaşa qrupa vəsiqə qazanan Rusiyanın son çempionu “Zenit”in yerini Şotlandiya premyer-liqasının qalibi “Seltik” tutub. Böyük Britaniyaya daxil olan ölkənin vitse-çempionu “Reyncers”in təsnifat mərhələsinin qalibləri sırasına düşməsi şotlandlar üçün əlamətdar hadisədi. Şotlandiya 2007/08 mövsümündən sonra ilk dəfə qrup mərhələsində iki komanda (yenə Qlazqo klubları) ilə təmsil olunacaq. Xatırladaq ki, 15 il əvvəl “Reyncers” “Barselona”, “Lion” və “Ştutqart”ın da mübarizə apardığı qrupdan çıxa bilməmiş, “Seltik” isə 1/8 finalda “Barselona”ya hər iki oyunda uduzmuşdu (2:3, 0:1). Əlbəttə, 1995/96 mövsümündən sonra ilk dəfə qrup mərhələsində Türkiyə klubunun olmayacağını xüsusi vurğulamalıyıq.
Yuxarıda qeyd etdiyimiz şərtlər altında bütün iştirakçılar hərəsində 4 komanda olmaqla 8 qrupa bölündülər. Komandaların adları yazılan şarları səbətlərdən Türkiyə yığmasının sabiq oyunçusu Həmit Altıntop ilə Kot d’İvur millisinin keçmiş yarımmüdafiəçisi Yaya Ture çıxardılar.

Təqvim
Qrup mərhələsinin ilk turunun oyunları sentyabrın 6-7-də keçiriləcək. Bu mərhələyə noyabrın 1-2-nə planlaşdırılan son matçlarla yekun vurulacaq. Qrup turnirinin bir həftə erkən başlaması və bir ay tez sona çatması dünya çempionatı ilə bağlıdı. Məsələ ondadı ki, Qətərdə təşkil olunacaq mundial 20 noyabr-18 dekabr aralığında keçiriləcək. Reqlament isə əvvəlki kimi qalır: ikidövrəli sistemlə keçiriləcək yarışda ilk iki yeri tutacaq komandalar 1/8 finala adlayacaq, qrup 3-cüləri isə AL-in 1/8 finalına vəsiqə uğrunda bu turnirin qruplarının 2-ciləri ilə pley-off oyunları keçirəcəklər. ÇL-in finalı gələn il iyunun 10-da İstanbul şəhərindəki “Atatürk Olimpiya” stadionunda keçiriləcək.

Maraqlı rəqiblər
Püşkün nəticələrinə gəlincə, şübhəsiz, diqqəti ilk növbədə qitə nəhənglərindən “Bavariya” ilə “Barselona”nın ardıcıl ikinci dəfə eyni qrupa düşməsi cəlb edir. Xatırladaq ki, ötən mövsüm hər iki matçda Almaniya nəhənginə 0:3 hesabı ilə məğlub olan İspaniya klubu 1/8 finala çıxa bilməmişdi. Münhenlilərlə kataloniyalıların bu dəfəki oyunlarına marağı daha da artıran məqam isə Robert Levandovski ilə bağlıdı. Bilindiyi kimi, polşalı superbombardir bu yay 8 il şərəfini qoruduğu və çox sayda titul qazandığı “Bavariya”nı hər vəchlə “Barselona”ya dəyişmək istəmiş və sonda arzusuna çatmışdı. Maraqlıdı, münhenli azarkeşlər 34 yaşlı Levandovskini necə qarşılayacaqlar?.. C qrupunda “İnter” də yarışacaq. Deməli, “Qarabağ”ı pley-offda dayanmağa vadar edən “Viktoriya” “ölüm qrupu”na düşüb!.. Əlbəttə, “Mançester Siti” ilə “Borussiya”nın G qrupuna düşməsi də diqqətdən yayına bilməz. Axı daha bir bombardir Erlinq Holann bu yay Dortmunddan Mançesterə yollanıb. 22 yaşlı norveçli hücumçu son iki ildə formasını daşıdığı komandasına qarşı oynayacaq. Belə vəziyyətdə olacaq daha bir futbolçu var. Anxel Di Mariya 7 il formasını geydiyi PSJ-ni bu yay azad agent kimi tərk edərək “Yuventus”a qoşulub. Yeri gəlmişkən, son günlər daha bir agentinalı yarımmüdafiəçinin – Leandro Paredesin də Paris – Turin marşrutu ilə hərəkət edəcəyi haqda xəbərlər gəzir. Xüsusi vurğulanası digər fakt isə “Real” və “Şaxtyor”un ardıcıl üçüncü dəfə eyni qrupa düşməsi ilə bağlıdı. Ötən mövsümün qalibinin püşkdə bəxti gətirib: İspaniya nəhənginin yarışacağı F qrupuna “Leyptsiq” və “Seltik” də düşüb.

Laureatlar
İstanbuldakı mərasimdə Avropada 2021/22 mövsümünün laureatları da məlum oldu. “Real”ı ÇL-də ikinci dəfə qələbəyə daşıyan Karlo Ançelotti ən yaxşı məşqçi üçün ayrılan mükafata sahib çıxdı. İtaliyalı mütəxəssis uyğun olaraq Xosep Qvardiola (Mançester Siti) və Yürgen Kloppu (Liverpul) arxada qoyub. Mövsümün ən yaxşı futbolçusu da “Real”ın üzvüdü. UEFA-nın texniki müşahidəçiləri Kərim Benzemaya üstünlük verdilər. İlk “3-lüy”ə 34 yaşlı fransalı hücumçudan başqa “Real”ın belçikalı qapıçısı Tibo Kurtua və “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin de Bruyne də düşüb. Xatırladaq ki, Benzema ÇL-in son mövsümündə keçirdiyi 12 oyunda 15 qol vurmuş və 1 məhsuldar ötürmə etmişdi. Onun bütün turnirlərdə meydana çıxdığı 46 matçda komandasına 44 qol vurduğunu və oyundaşlarına 15 məhsuldar ötürmə verdiyini də yada salaq.

Qitədə ən yaxşı qadın komandasının məşqçisi adına Sarina Viqman-Qlotsbax layiq bilinib. O, İngiltərə yığmasını bu yay qitə çempionatında qələbəyə daşıyıb. “Barselona”nın yarımmüdafiəçi Aleksiya Putelyas isə son mövsümün ən yaxşı qadın futbolçusu seçilib. Yeri gəlmişkən 28 yaşlı Aleksiya ötən il “Qızıl top” mükafatına layiq görülmüşdü.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-08-2022, 09:0

ÇL-də pley-offun ilk oyunlarına yekun vurulur

Manşet / Çempionlar Liqası

2-08-2022, 14:0

Çempionlar Liqasının pley-off mərhələsinin bütün cütləri bəlli oldu

Manşet / Çempionlar Liqası

25-08-2022, 20:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Çempionlar Liqası

2-08-2022, 09:0

"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri məlum olur

Avropa Liqası

18-07-2022, 15:0

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atıldı

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Bu gün, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Bu gün, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 337
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 178
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə