"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri məlum olur

2.08.2022 09:11 809
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.

"Atlılar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda "Kopenhagen" (Danimarka), "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) və ya “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
Pley-off mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün qalibi
“Kopenhagen” (Damimarka)
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi

Səpələnməmişlər

“Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün qalibi
“Budyo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün qalibi
“Trabzonspor” (Türkiyə)

Liqa yolu

Səpələnmişlər

“Benfika” (Portuqaliya) – "Midtüllann" (Danimarka) cütünün qalibi
"Yunion" (Belçika) - “Reyncers” (Şotlandiya) cütünün qalibi

Səpələnməmişlər

“Şturm” (Avstriya) - “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi
“Monako” (Fransa) - PSV (Niderland) cütünün qalibi