Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Football-plus.az xəbər verir ki, tədbirdə 7 cütün tərkibi müəyyənləşib.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıran komandalar Avropa Liqasında çıxış edəcək.
UEFA Çempionlar Liqası
Çempionlar Yolu
"Jalgiris" (Litva) / "Malmö" (İsveç) cütünün məğlubu - "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünün məğlubu
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) cütünün məğlubu - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu
"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) cütünün məğlubu - "Qarabağ" (Azərbaycan) / "Sürix" (İsveçrə) cütünün məğlubu
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) cütünün məğlubu - "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün məğlubu
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova) cütünün məğlubu - HİK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya) cütünün məğlubu
Liqa yolu
"Midtüllann" (Danimarka) / AEK (Larnaka, Cənubi Kipr) cütünün məğlubu - "Partizan" (Serbiya)
"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbaxça" (Türkiyə) cütünün məğlubu - "Slovaçko" (Çexiya)
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 4-də, cavab qarşılaşmaları avqustun 11-də olacaq.