ÇL-də pley-offun ilk oyunlarına yekun vurulur

17.08.2022 09:50 438
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin növbəti ilk oyunları keçiriləcək.

"Footbal-plus.az" xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma nəzərdə tutulub.

Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) kollektivi isə Portuqaliya "Benfika"sı ilə görüşəcək.

17 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

20.45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23.00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)

23.00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

16 avqust

23.00. "Budo Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

23.00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1

23.00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 23 və 24-də keçiriləcək.