• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

FİF-də çalışan Nicat Qurbanov C kateqoriyasını alıb - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

27-08-2022, 19:0

Vaxtilə perspektiv vəd edən futbolçulardan biri də Nicat Qurbanov idi.

O karyerası ərzində "Simurq", AZAL, "Neftçi", "Kəpəz", "Zirə", "Sumqayıt" və "Keşlə"də oynamaqla yanaşı, Gürcüstanda da legioner həyatı yaşadı. Lakin gözlənilmədən 30 yaşında karyerasını bitirmək qərarına gəldi. Hazırda isə Nicat Futbolun İnkişaf Fondunda fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq, onunla danışmaq qərarına gəldik.

- Adətən, futbolçular 30 yaşdan sonra butslarını mismardan asırlar. 28 yaşında karyeranı bitirdiyinə heyifsilənmirsən?

- Futbol oynamağa davam edə bilərdim. Təkliflər də var idi. Sadəcə, artıq bitirmək qərarına gəldim. Qərarımdan da peşman deyiləm.

- Hazırda Futbol İnkişaf Fondunda çalışırsan. Səncə, bu qurum klublarımız, bölgələrdə futbolun inkişafı ilə bağlı hansısa ciddi tədbir görür?

- FİF və ordakı fəaliyyətimlə bağlı geniş danışmaq istəmirəm. Qısaca onu deyim ki, qurum futbolumuzun inkişafı ilə bağlı fəaliyyət göstərir. Yaxın illərdə bu işlərin nəticəsi görünəcək.

- Misli premyer-liqasında komandaların sayı artdı. Buna münasibətin?

- Komandaların sayının artması xoş haldı. "Kəpəz"lə "Turan Tovuz" kimi bölgə klublarının yenidən elitada çıxış etməsi çempionatımızı daha da maraqlı edəcək və Qərb bölgəsində futbol ənənələrini canlandıracaq. Ümumiyyətlə, bölgələrdə uşaq futboluna xüsusi diqqət göstərmək, akademiyalar tikmək, komanlarının sayını artırmaq lazımdı. Bölgələrdə futbol canlanarsa, bir o qədər çox perspektivli futbolçu yetişər və ölkə futbolu inkişaf edər.

- "Turan Tovuz"la "Kəpəz"dən gözləntilərin nədi?

- Hər iki komanda debütantdı, yeni-yeni formalaşır. Düzdü, Tovuz təmsilçisinin vəziyyəti "Kəpəz"dən bir qədər yaxşıdı. Amma istənilən halda, bölgə təmsilçilərindən bu mövsüm ciddi uğur gözləmək doğru olmaz. Hər iki klub çempionatda mövqelərini möhkəmləndirmək və sonuncu olmamaq üçün döyüşəcək.

- "Kəpəz" doğma meydanda çıxış etsə, indikindən daha yaxşı oyun sərgiləyə bilər?

- Əlbəttə, daha yaxşı çıxış edəcəkdi. Şahin Diniyev "Kəpəz"ə rəhbərlik edəndə mən də Gəncə təmsilçisində bir mövsüm çıxış etmişəm. Gəncəli azarkeşlər önündə oynamağın ab-havası başqadı. "Kəpəz" azarkeşləri ölkəmizdə ən çılğın və sona qədər komandasının yanında olan fanatlardandı. İnanıram ki, qarşıdakı matçlarda "Kəpəz" ilk xalını qazanacaq, doğma meydanda çıxış edərkən isə daha mübariz olacaq. Gəlin onu da etiraf edək ki, Gəncə təmsilçisi ilk 3 oyunda güclü komandalarla oynadı. Hər üç rəqib avrokubokda çıxış edən və daha güclü heyətə sahibdi.

- Bu mövsüm neçə komanda çempionluğa oynayacaq?

- "Qarabağ" Çempionlar Liqasında sərgilədiyi oyunla göstərdi ki, bu mövsüm də aşkar favoritdi. Amma bu, "köhlən atlar"ın indidən çempionluğu rəsmləşdirməsi və qalan komandaların da bununla razılaşması demək deyil. Ümumiyyətlə, medallar uğrunda 4-5 komandanın mübarizə aparacağını düşünürəm. Hələlik turnir cədvəlinə "Qəbələ" ilə "Sabah" başçılıq edir. Top fərqinə görə bölgə təmsilçisi öndə olduğu üçün 1-ci pillədədi. Hər iki komanda yaradıcı futbol sərgiləyir. Qəbələ ötən mövsüm kasad heyətlə göstərdiyi oyunla hamını heyran etdi. Onların uğurlarına kölgə salmaq kimi çıxmasın, amma "qırmızı-qaralar" ilk 3 oyunda nisbətən zəif komandalarla gücünü sınadı. "Sabah" isə əksinə. Kimin daha güclü olduğu bu həftə öz aralarında baş tutacaq dueldə bilinəcək. "Neftçi" və "Zirə" də tədricən toparlanıb yüksək yerlər uğrunda döyüşəcək. "Səbail"lə "Sumqayıt" da iddialıdı və onlardan birinin ilk “5-liy”ə oynayacağını düşünürəm.

- "Qarabağ"ın ÇL-in qrupuna düşə bilməməsini geriyə addım kimi qiymətləndirmək olar?

- Qətiyyən! ÇL-in qrupuna düşə bilmədi, əvəzində Avroliqanın qrupunda oynayacaq. "Qarabağ" 9 ildi sabit şəkildə avrokubokların qrupunda çıxış edir. Qafqaz ölkələrinin heç birinin bu uğuru yoxdu. Hətta bir çox postsovet və Avropa ölkələrinin klubları belə göstəriciyə sahib deyillər. "Köhlən atlar" uzun illərdi təkbaşına Azərbaycan futbolunu arxasınca apararaq reytinq xalları qazandırır. "Qarabağ”ın “Viktoriya"ya uduzmasını və ÇL-in qrupundan kənarda qalmasını faciəyə çevirmək lazım deyil. Unutmayaq ki, avrokubokda zəif rəqib yoxdu. Artıq bizdən qat-qat zəif çempionata malik Ermənistan və Lixtenşteyn kimi “cırtdan” dövlətlərin komandası Konfrans Liqasının qrupuna düşür.

- Gözəl vurğuladın. Azərbaycanın bir rayonunun ərazisi boyda olan “cırtdan” Lixtenşteynin təmsilçisi “Vaduts” "Rapid"i mübarizədən kənarlaşdırır, amma ölkənin ən köklü klubu "Neftçi" bu rəqibə uduzur. Bunun səbəbi nədi?

- "Neftçi"nin Konfrans Liqasındakı uğursuzluğunun səbəbini məşqçi dəyişikliyində görürəm. Yeni məşqçinin təyinatı çox gecikdi. Bu da komandanın avrokuboklara yetərincə hazırlaşa bilməməsində əsas rol oynadı. İstənilən yeni baş məşqçinin öz oyun fəlsəfəsini komandaya aşılaması vaxt alır. Amma inanıram ki, rumıniyalı mütəxəssis döyüşkən komanda formalaşdırmaqla "Neftçi"ni uğura daşıyacaq.

- Məşqçi olmaq haqda düşünürsən?

- Məşqçi olmaq futbolçu olmaqdan daha çətin, məsuliyyətlidi. Məşqçilik üçün çox prosesdən keçməli, savadını artırmalı, təcrübə toplamalı, ən əsası özünü psixoloji və fiziki cəhətdən hazır hesab etməlisən. Bunlar olmadıqda məşqçiliyə başlamağı doğru saymıram. Məşqçilik kurslarına yazılmışam, hətta C kateqoriyasını da aldım. Amma qarşıda hələ çox iş var.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-03-2022, 11:0

Karyerasını bitirmək qərarına gəldi

Aktual
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
Son xəbərlər
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Dünən, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Dünən, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Dünən, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Dünən, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 90
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə