• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Heydərli: “Futbol təkcə topun arxasınca qaçmaq deyil, böyük elmdi” – LAYİHƏ

Layihə

21-08-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımıza davam edirik.

Bu dəfəki yazımızda menecer Vaqif Heydərli ilə söhbətləşdik. Ondan azərbaycanlı futbolçuların legioner həyatı yaşamağa çətinlik çəkməsinin səbəblərini soruşduq, bir çox maraqlı məqamlara toxunduq.

- Vaqif bəy, xeyli müddətdi ki, menecerliklə məşğul olursuz. Heç şübhəsiz ki, sizin də sahənizin özünəməxsus tərəfləri var. Bilmək istərdik ki, menecer olmaq istəyən şəxsdə hansı keyfiyyətlər vacibdi?
- Bəli, qeyd etdiyiniz kimi, bu sahənin bir çox spesifik xüsusiyyətləri var. Menecerlik etmək istəyən şəxs də bu xüsusiyyətləri özü də cəmləşdirməlidi. Söhbət əvvəlcə futbol sahəsində iş təcrübəsindən gedir. Futbol ailəsinə yaxın olanda futbolçuların da keyfiyyətlərinə, bacarığına bələd olursan. Futbolçunu təkcə meydanda yox, ordan kənarda da tanımaq lazımdı. İş təcrübəsiylə yanaşı əlaqələrin də olmalıdı. Futbolçularla dil tapmağı bacarmalısan. Həm də ki, xarici dilləri bilməlisən ki, əcnəbi futbolçularla bilavasitə ünsiyyət qura biləsən. İstər bura futbolçu gətirəndə, istərsə də burdan xaricə futbolçu aparanda klub nümayəndələri ilə danışmaq üçün dil biliyi vacib məqamdı. İlk növbədə ingilis dilini bilməlisən, digər dilləri də bilirsənsə, əlavə üstünlükdü. Dildən başqa aktivliyi də bacarmalısan. Daim axtarışda olursan ki, bu da insandan aktivlik, böyük enerji tələb edir.

- Hansı daha çətindi: Azərbaycana xaricdən futbolçu gətirmək, yoxsa azərbaycanlı futbolçuları xarici klublara transfer etmək?
- Heç şübhə etmirəm ki, siz özünüz də təxmini cavabı bilirsiz. Burdan kənara futbolçu aparmaq qat-qat çətindi. Bu acı həqiqətdi, amma məcburuq ki, onu qəbul edək. Azərbaycan futbol ölkəsi kimi tanınmır, biz futbol brendi deyilik. Çox təəssüflə qeyd etməliyəm ki, əvvəllər xaricə çıxış edən və etmək istəyən futbolçular özlərini istənilən səviyyədə doğrultmayıblar. Bu da özünü günümüzdə də göstərir. Hər nə qədər çalışsaq da, futbolçularımız da xaricdə oynamağı ürəkdən arzulasalar da, həmin çətinliklə daim qarşılaşırıq. Buna görə də suallınıza birmənalı və konkret cavab verə bilərəm: azərbaycanlı futbolçuları xarici klublara transfer etmək çox-çox çətindi.

Vaqif Heydərli: “Futbol təkcə topun arxasınca qaçmaq deyil, böyük elmdi”

- Bəlkə də bu sualım ənənəvi görünəcək. Amma bu sualı həm də əvvəlki sualın davamı hesab edə bilərik. Nə üçün bizim futbolçular xaricə çıxıb, orda möhkəmlənə bilmirlər?
- Baxın, elə ən yaralı yerimiz budu. İnandırım sizi, bu sual ətrafında saatlara yox, günlərlə danışmaq olar. Futbolçu kimi keyfiyyətlər sözsüz ki, çox önəmlidi. Hamı çalışır ki, 18 yaşı tamam olanda xarici klublara getsin. FİFA-nın tələbləri belədi. Hər hansı bir futbolçu xarici klubla peşəkar müqavilə bağlamaq üçün ən azı 18 yaşında olmalıdı. Əks halda qaydalar buna icazə vermir. 18 yaşına qədər futbolçu peşəkar akademiyada təhsil almalı, futbolun sirlərini öyrənməlidi. Futbol bir elmdi, təkcə topun arxasınca qaçmaq deyil. Topa zərbə vurmağın, ötürmə verməyin də öz texnikası var. Bunu bir orta məktəbə bənzədə bilərik. Hansısa şagird 4-cü, 5-ci sinifdəki çalışmaları buraxsa, onları həll edə bilməsə, daha yuxarı siniflərin məsələlərini həll edə bilərmi? Əlbəttə, edə bilməz. Futbol da elədi. Hər yaş dönəminin özünəməxsus tapşırıqları var. Ona görə də peşəkar akademiyalar olmalıdı ki, həmin ardıcılıq qorunsun. Bizdə həmin o peşəkarlığa yaxınlaşan “Bakı” Futbol Klubunun Akademiyası idi. O da dağıldı. “Bakı” artıq tarixin yaddaşına qovuşub. Bir “Qəbələ” qalıb, o da heç də yaxşı günlərini yaşamır. Tutaq ki, peşəkar akademiyalarımız yoxdu, fərdi keyfiyyətləri yaxşı olan futbolçularımız var. Onlar da hər 2-3 nəsildən bir çıxırlar, çalışırlar ki, xaricə gedib nəsə etsinlər. Bu, işin futbol tərəfidi. Ən önəmlisi mental olaraq buna hazır olmaqdı. Mənim iş təcrübəmdə son illər çox olub. Gənc yaşlarında 4-5 futbolçunu xaricə çıxardım. Çox təəssüf ki, bir çox problemlərlə qarşılaşdım. Futbolçunu bir kənara qoyuram, bizim 18 yaşında olan gənclərimiz Avropaya, xarici mühitə uyğunlaşmaq üçün bir çox problemlər yaşayırlar. Düşüncə, mental olaraq müstəqil qərar vermək, həyata hazır olmaq baxımından nəzərdə tuturam. Hələ mən işin futbol tərəfini bir kənara qoyuram. Doğurdan da çox ciddi problemlər var. 18 yaşındakı gənclərimiz buna hazır deyillər. Namik Ələskərovun “Bursaspor”a keçidində də bizim əməyimiz vardı. Gənclərlə yaşadığım problemləri onda görmədim. Belə qənaətə gəldim ki, Namiq 25 yaşında problemləri yaşamadı. Deməli, həmin 5-6 yaş fərqi önəmlidi. Bizim 25 yaşındakı gəncimiz avropalı 18 yaşlıların mental düşüncəsindədi deyə bir sual yarandı məndə. Qısası, bizim 18 yaşlı gənclərimiz mental baxımdan xaricdə yaşamağa hazır deyillər. Bəlkə də, mən futbol sahəsində çalışıram deyə buna futbol çərçivəsindən baxıram. Ümumilikdə isə bunu bütün gənclərə aid etmək mümkündü. Bəzən özümüzü günahlandırıq ki, uşaqlarımızı sərbəst olmağa qoymuruq. 18 yaşı tamam olana qədər onlara sahiblənirik, müstəqil qərar verməyə qoymuruq. Çalışırıq ki, onlara daha çox nəzarət edir. Sonucda da belə bir mənzərə ortaya çıxır. Çox geniş mövzudu. Nə qədər danışsaq da, bəzi detallar yenə undula bilər. Əsas problemlər məhz bunlardı. Peşəkar akademiyada yetişmək, mental olaraq sərbəst yaşamağa, öz peşəsiylə məşğul olmağa hazırlıq vacib şərtlərdi. Fərdi hazırlıq bundan sonra gəlir. Biri ata-anası üçün darıxır, digər ayrı yaşamaq istəmir. Məncə, bu məqamlara diqqət yetirəndə sualınıza cavab tapmaq asandı.

- Görünən odu ki, bizim gənc futbolçular sizi məyus edirlər...
- Bir az müxtəlif səbəblər olur. Bəziləri peşəkar olmur, çox çalışmaqdan qaçır, məşq proseslərinin ağırlığından şikayətlənirlər, dözmək-davam gətirmək istəmirlər. “Yükləmələr”, gərgin iş rejimi onlar üçün “dözülməz əzab”a çevrilir. Bəziləri bunu istəyir, dözür, amma mental əskikliklər özünü göstərir. Hamıda eyni problem olmur. Fərdi problemlərlə qarşılaşırıq.




- Budaq Nəsirovun, Fərid Nəbiyevin xaricə yollanması sizin bilavasitə zəhmətinizdi. Sırada olanlar kimlərdi? Yaxın vaxtlarda hansısa futbolçumuzun Avropada adından söz etdirəcəyini gözləyə bilərikmi?
- Siz də bilirsiz ki, bu çalışmalarımız davam edir. Özü də fasiləsiz. Namizəd olan gənclərimiz var və onların üzərində çalışırıq. Yuxarıda sadaladığım problemlərin üzərində də dayanırıq, istəyirik ki, onları zamanında aradan qaldıraq ki, bir daha belə problemlər təkrarlanmasın. Amma bu elə bir mövzudu ki, dəqiq nəsə demək, proqnoz vermək çətindi. Deyə bilmərəm ki, bir aydan, yoxsa beş aydan sonra olacaq. Çalışmalarımız davam edir. Bir şeyi bilin ki, bizim də əsas məqsədimiz budu. Bu işi sevə-sevə, bundan ləzzət alaraq edirik. Hər bir azərbaycanlı futbolçunun xaricə çıxışı bizi də ürəkdən sevindirir.

- Deyəsən, elə söhbət əsnasında Azərbaycanda uşaq futbolunun ən böyük problemlərinə də toxunduq...
- O qədər geniş mövzudu ki, hardansa onları həll etməyə başlamaq lazımdı. Xırdalıqlar bir müsahibənin mövzudu deyil. Hamı deyir ki, bizdə uşaq futbolunda filan-filan problemlər var. Bölgələrdə futbol olmalıdı, akademiyalar yaranmalıdı. Bunu hər dəfə deyirik. Buna dövlət səviyyəsində diqqət və qayğı olmalıdı. İşin başında peşəkalar dayanmalıdı. Bütün bölgələri əhatə etməliyik. Ondan sonra yavaş-yavaş bu problemlər aradan qalxmağa başlayacaq.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Layihə / Manşet

3-07-2022, 23:0

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 196
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 176
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə