• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Layihə / Manşet

3-07-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfə ötənlərin məşhur hakimi Ceyhun Haşımovla söhbətləşdik. Söhbətə onun hakimliyə gəlişinə körpü salmaqla başladıq.

- Ceyhun bəy, ilk sualım hakimliyə gəlişinizlə bağlıdı. Bu sahəyə ilk addımlarınızı necə atdız?
- Əvvəlcə sizin vasitənizlə bütün futbol ictimaiyyətini salamlamaq istəyirəm. Çox sağ olun ki, bizim kimi insanları unutmursuz. Mən də suallarınıza ətraflı cavab verməyə çalışacam. Yəqin siz də bilirsiz, ailəmiz futbol ailəsidi. Məndən savayı atam Səfər Haşımov və qardaşım Mübariz də peşəkar səviyyədə hakimliklə məşğul olub. Amma ən əvvəl atam futbolla məşğul olub, futbol oynayıb. Ağır zədə onu yaşıl meydanlardan uzaq salıb. Bununla bələ, atam futboldan tam uzaqlaşmayıb. Qismət belə gətirib ki, atam futbol meydanlarına hakim kimi dönməli olub. Özü də yaxşı hakim olmağı bacarıb. Biz də onu görə-görə, ondan öyrənə-öyrənə böyümüşük. Futbola maraq göstərməməyimiz qəribə olardı. O vaxtlar indiki kimi deyildi. Asudə vaxtımızı idmanla keçirərdik, indiki kimi əyləncə vasitələrinin seçimi geniş deyildi. Gənclər kütləvi şəkildə futbolla məşğul olurdu. Müasir dövrdə əyləncələrin çoxluğu uşaqları başqa sahələrə yönəldir. Həm futbol sevgimiz, həm də atamızın yolunu davam etdirmək istəyi bizi bu sahəyə cəlb etdi. Sadəcə, qərar verməyə çətinlik çəkirdim. Hakimliyə gəlmək üçün qəti qərar verməyə bir qədər tərəddüd edirdim. Elə həmin ərəfədə sabiq hakimlərimizdən Sabir Hacıyevlə görüşümüz oldu. O da bildirdi ki, sizin kimi gənclərə ehtiyacımız var. Məni inandırdı ki, gəlsəm, məndə alınacaq. Amma evdə atamla məsləhət edəndə atam məni çəkindirməyə çalışdı. Dedi ki, hakimlik çox çətin sahədi, heç də hər adamda alınmır. Bir ata kimi əzab-əziyyət çəkməyimi istəmirdi. Qardaşımla mən çox mübariz insanlarıq. Hər bir məqsədz üçün həmişə mübarizə aparmışıq. Çalışmışıq ki, haqlı olaq, hansısa işin dalınca sona qədər gedək. Bu qərarımızda da belə oldu. Lakin bu gün atamın sözlərini xatırlayanda ona haqq verirəm. Həqiqətən də hakimlik çox ağır sahədi. Seçimimdə yanıılmamışam, ona görə də hakimlikdən ayrılmaq da mənə çox çətin oldu. Karyeramın uğurlu alındığını deyə bilərəm. Premyer-liqa səviyyəsinə qədər yüksəldim. Elə qardaşım Mübarizə Haşımovda da belə oldu. Beynəlxalq oyunlar idarə etsək də, mən FİFA referisi adını almadım. Bu da rəqabətin həddindən artıq yüksək olmasıyla bağlıdı. Həmin vaxt elə adlar var idi ki, rəqabət çətin idi. Bir qədər də bəxtin üzünə gülməsi lazım idi. Qismətimdə milli dərəcəli hakim olmaq var imiş. Şikayətçi deyiləm. Əvvəlcə hakim köməkçisi idim, sonra da baş hakim oldum. Qardaşıma hakimliyin sirlərini də öyrətdim. Deməliyəm ki, onun karyerası daha uğurlu alındı. Mübariz FİFA referisi adını almağı bacardı. Beynəlxalq oyunlarda Azərbaycanı uğurla təmsil etdi, yüksək qiymətlər aldı. Qardaşım 5-6 dildə sərbəst danışır. Amma zədə onun da yolunu kəsdi, karyerasını bitirməli oldu.

- Biz ümumilikdə futbolçu olmaq istəyənlər üçün nələrin vacib olduğunu bilirik. Bəs hakim olmaq istəyənlərdə hansı keyfiyyətlər olmalıdı?
- Ən vacibi hər bir işə həvəs və istək olmalıdı. Hansısa işin qulpundan yapışanda səndə o işə həvəs olmadısa, heç nə alınmayacaq. Amma futbol hakimi olmaq istəyənlər üçün əlavə tələblər var. Əvvəlcə futboldan anlayışın olmalıdı, qaydaları bilməlisən. Futbol oynayanlar üçün hakimlik daha asan olur. İstisnalar isə var. Elə hakimlər var ki, futbolçu olmayıblar, lakin güclü hakimlik edirlər. Belə hallar istisnalardı. Sabiq futbolçular isə oyunu “oxuya” bilirlər, futbolçuları yaxşı başa düşürlər. Komandaların taktiki cəhətdən nəyə hazır olduğunu, hansı futbolçunun nəyi bacardığını bilən hakimlər oyunu “oxuyurlar”. Belə hakimlər üçün gözlənilməz epizodları əvvəlcədən təxmin etmək, ona hazır olmaq da asan olur. Bir növ hakim hazırlıqlı olur. Keçmişdə futbolçu olmuş hakimlər hücumun hardan başlayacağını, topun hansı istiqamətə ötürüləcəyini proqnozlaşdırır. Onun da sayəsində epizodlara daha yaxın olur. Həmin hakim üçün oyun idarə etmək xeyli asanlaşır. Bununla yanaşı, hakim olmaq istəyən şəxs tənbəlliyi yaxına buraxmamalı, əzmkar olmalıdı. Xarakteri güclü olan insan məqsədinə çatmaq üçün gecə-gündüz çalışa bilir. Bu da hakimlik üçün vacibdi. Qaçış texnikasının inkişafı üçün insan xeyli məşq etməlidi. Təkcə oxumaqla, qaydaları əzbərləməklə yaxşı hakim olmaq çətindi. Bu işə təkcə qazanc məqsədi ilə yanaşmaq düzgün deyil. Yaxşı hakimi formalaşdırmaq üçün illər və xeyli zəhmət lazımdı.

- Maraqlı məqama gəldik. İndi siz yaşıl meydanlardan uzaq qalmısız, hakim-inspektor kimi çalışırsız. Kənardan hakimlərə qiymət vermək çətindi, yoxsa meydanda oyun idarə etmək?
- Təkcə hakimlik, yaxud futbol oynamaq çətin deyil. Hər bir işin öz çətinliyi var. Hakimlik edəndə fikirləşirdik ki, inspektor olmaq çox asandı. Hakim düşünür ki, qaçır, tər tökür, mürəkkəb epizodlarda ani qərarlar verir. İnspektor isə hər şeyə yuxarıdan baxır, özü üçün qeyd edir. Hakim səhv edəndə uzun müddət özünə gələ bilmir. İnspektorların onlara səhv tutması, aşağı qiymət yazması ilə razılaşa bilmirlər. Amma özüm indi inspektor olmuşam. Biz hakimlərin dostuyuq, düşməni deyilik. Biz də istəyirik ki, hakimlərimiz oyunu yaxşı idarə etsinlər. Hakim oyunu yaxşı idarə edəndə bizim də işimiz asan olur, raportu yazmağa çox da vaxt sərf etmirik. Bir də var ki, hakim oyun ərzində səhv edir, problemlər olur. Belədə bəndləri bir-bir yazmalı, səhvi əsaslandırmalısan. Sonra izah etməlisən ki, səhv nədən qaynaqlandı. Oyun gedə-gedə fikirləşirsən ki, bu hakim həmin səhvə niyə yol verdi. Səhv təkcə bir epizodla bağlı olmur, bəzən səhvin başlanğıcı digər epizodlara qədər gedir. Hamısını dəyərləndirib yazmalısan. Hər epizodu dəqiq görməli, obyektiv qiymətləndirməlisən. Obyektivlik əsas şərtdi. Hakim 90 dəqiqə ərzində əziyyət çəkir, bizim səhv qərarımız onun qiymətləndirilməsinə, reytinqinin düşməsinə səbəb olar. Biz də çalışmalıyıq ki, ədalətli olaq. Onun üçün də biz daim çalışırıq. Hakimləri incitmək olmaz. İnspektorlar hakimlə ünsiyyət qurur, ondan epizod barədə soruşur. Bəzən görürsən ki, hakimin izahından sonra epizodla bağlı fikrin dəyişir. Çünki onlar epizodlara daha yaxın olur. Hakim meydanda 90 dəqiqə qaçır, xeyli enerji səhv edir. Bizim də işimiz həmin o 90 dəqiqəni raporta yerləşdirmək və obyektiv qiymət verməkdi. Əlbəttə, əsas yük hakimin üzərinə düşür.



- Bayaq özünüz də dediz ki, qardaşınız Mübariz Haşımovun hakim kimi yetişməsində əməyiniz olub. Sizin hakimlərə dərs keçdiyinizdən də məlumatlıyıq. Yeni nəsil hakimlərin bu işə həvəsi, öyrənmək istəyi necədi? Hazırkı vəziyyət sizi qane edirmi?
- Bəli, gənc nəsil hakimlərin yetişməsində mənim də danılmaz əməyim var. 2003-cü ildən gənc hakimlərə dərs keçməyə başlamışam. Onların əksəriyyəti hazırda premyer-liqada hakimlik edir, aralarında FİFA referisi olanlar da var. Elə bizim yanımızda gələnlərdən qardaşımdan savayı Əliyar Ağayevin, Rza Məmmədovun, Fuad Həsənovun, Akim Əmrəlinin, Orxan Məmmədovun adını çəkə bilərəm. Bəziləri karyerasını bitirib. Zarafat deyil, aradan 19 il keçib. Nəsildəyişmə davam edir. Elçin Məsiyev, Vüqar Həsənli, Kamal Umudlu, Pərvin Talıbov, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev, Fərid Hacıyev, Tural Qurbanov və bir çoxları yola davam edir. Onlar son 5-6 ildə yetişənlərdi. Gənc nəslin arasında xeyli ümidverici hakimlər var. Üzərlərində böyük iş gedir. Amma heç də hər kəs dözə bilmir. Bəzən 2-3 aydan sonra çətinliyi görüb, geri addım atanlar olur. Belədə onların fikri dəyişir. İldə iki dəfə hakim qəbulu, yəni modul keçirilir. 40-45 gənc hakim olmaq arzusuyla gəlir. Sonda onlardan 6-7-si dözə bilir və hakimlik edirlər. Həm fiziki hazırlıqlar, həm nəzəri məşğələlər, ingilis dili biliyi, nəzəri və praktiki məşqlər vaxt-güc tələb edir. Buna dözmək lazımdı. Əlbəttə, 10 il əvvəl hakimlərlə işləmək daha asan idi. O gənclər müəllimin sözünü daha ciddi qəbul edirdi. İndiki nəsillə bir az çətindi, indikilərin kaprizləri bir az çox olur, onlarla dil tapmaq çətinlik yaradır. Mən heç kimə fərq qoymuram, hamı ilə münasibətim eynidi. Çalışıram ki, gənc hakimlərlə dil tapım, dost olum. Qardaşım Mübariz Haşımov da mənə qoşulub. Onun da bu işdə böyük əməyi var. Atamız da evdə bizimlə təcrübəsini bölüşür, fikirlərini bildirir. Onunla müntəzəm məsləhətləşirik. İnanıram ki, hazırkı gənc hakimlərimiz yaxın illərdə adlarından söz etdirə biləcəklər.

- Gələcəkdə hakim olmaq istəyənlər hansı “qızıl qaydalar”a riayət etməlidilər?
- Ən əvvəl nizam-intizama riayət etməlidilər. Gənclərin intellektual səviyyəsinə fikir verirəm. Mənim üçün bu məqam vacibdi. Dil bilikləri vacibdi. İngilis dilini bilənlərin FİFA referisi kimi irəliləmək şansı daha çoxdu. Hakim olmaq istəyən daim idmanla məşğul olmalı, fiziki hazırlığı yüksək saxlamalıdı. Pis vərdişlərdən uzaq olmalı, cəmiyyət arasında nüfuzuna və davranışına fikir verməlisən. Hakim ədalətli olmalıdı, eyni zamanda da öz haqqını qorumağı bacarmalıdı. Yaxşı insan olmaq vəzifə deyil, bunu özün üçün bacarmaq mütləqdi. Yaxşı insanla yaxşı hakimliyi cəmləşdirə bilsən, lap mükəmməl olar. Bunları edə biləcəksənsə, uğur qazana biləcəksən. Sənə düzgün istiqamət vermək də vacibdi. Hər bir insanın müəllimi elə özü olmalıdı, ən vacibi özünü düzgün yola yönəltməkdi. Hər sahədə belədi.

İLKİN SULTANLI

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi”


Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Aktual
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
Son xəbərlər
  • Bu gün, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Bu gün, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Bu gün, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Bu gün, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Bu gün, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Bu gün, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Bu gün, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Bu gün, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Bu gün, 12:25
    Nəbadə, Elvin!
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
Daha çox
Oxunub: 606
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 270
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 184
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə