• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Del Pyero keçmişdən və bu gündən danışdı

Manşet / Yazarlar

2-08-2022, 20:0

Alessandro Del Pyero adı səslənəndə istər-istəməz ilk növbədə “Yuventus”un oyun (705) və qol (290) sayına görə rekordçusu ağıla gəlir.

Futbolçu karyerasının 19 (1993-2012) ilini ağ-qara formada keçirən sabiq hücumçu son vaxtlar ABŞ-da yaşayır. Turinlilərin yeni mövsümə hazırlığı bu ölkədə keçirməsi onu çox sevindirib. DÇ-2006-nın qalibi klubun “twitch” sosial şəbəkəsindəki kanalı üçün müsahibə verib. İndi 47 yaşında olan canlı əfsanə keçmişdən və bu gündən danışıb.

“Yuventus”un ABŞ-da olması...
Bu yaxşıdı. İndi Turində havanın hərarətinin necə yüksək olduğunu nəzərə alsaq, komandanın bir qədər sərinləmək üçün ABŞ-a gəlməsinə şadam. Dostlarla yenidən görüşdüyümə və “Yuve”nin hazırlığına tamaşa etdiyimə görə xoşbəxtəm. Yeni oyunçularla tanış olmaq da maraqlı idi. Uşaqlar dünən (müsahibə iyulun 30-da götürülüb – red.) yaxşıca məşq etdilər.

...Alessandro adının yeni doğulanlara qoyulması...
Yalnız 50? Zarafatdı... Üç övladım var. Onlara ad verərkən hər dəfə kimdənsə ilham almışam. İstənilən halda klubdakı xidmətlərimə görə Alessandro adının yeni doğulanlara qoyulması mənim üçün məsuliyyət və qürur deməkdi. Bütün Alessandroları salamlayıram.

...özünün bənzəri...
Oyunçuların çıxışına tamaşa edərkən onlardan kimin mənə bənzəməsi haqda düşünmürəm. Mənim üçün kimin daha maraqlı görünməsi və qeyri-adi nəsə etməsi daha cəlbedicidi. “Yuventus”da qeyri-adi qabiliyyətlərə malik bir neçə futbolçu var. Onların uğura can atmaq üçün doğru münasibəti var və “Yuventus”un formasını daşımağın mənasını yaxşı bilirlər. Ağlıma ilk növbədə Kyeza gəlir. O, ötən mövsüm zədə alana qədər əla çıxış edirdi. Və indi Federikoya sıraya tezliklə dönməsini arzulayırıq. Vlahoviç məndə müsbət təəssürat oyadıb. Sonra Kuadrado ilə Bonuççini də xatırlatmalıyam. Bütün bunlar heç də asan deyil, amma uşaqlar lazımi keyfiyyətlərə və istəyə malikdilər.

...Boniperti...
Onu həmişə böyük sevgi ilə yada salıram. Onun müstəsna ailəsi var. Ailənin üzvləri ilə həmin görüş 16 yaşlı oğlan üçün unikal idi. Boniperti (“Yuventus”un əfsanəvi hücumçusu – red.) ilə ilk görüşüm Udinedə qaldığı nömrədə baş tutmuşdu, birgə söhbət etmişdik. Əslində görüşümüz çox da uzun çəkməmişdi. Çünki yeni mövsümə hazırlıq dövrü idi. Onda mənə dedikləri arasında ilk növbədə “saçını kəsdir” fikrini xatırlayıram. O, həmişə mənim üçün müqəddəs olaraq qalacaq. Boniperti həmişə oyunçu üçün komandanın hansı anlam daşımalı olduğunu başa salmağı bacarırdı.

...kumiri...
Uşaq yaşlarımda nə televizora baxmaq, nə də sosial şəbəkələrə nəzər salmaq imkanım olub. Hərçənd televiziyada 45 dəqiqə çəkən “90 dəqiqə” adlı veriliş vardı. Həmin proqramı görməyə gözüm yox idi. Ona görə ki, verilişin vaxtının yarısını komandaların meydana necə çıxmasına sərf edirdilər... “Yuventus”da Platini ilə fəxr edirdim. O, mənim kumirim və özüm üçün nümunə saydığım oyunçu idi. Həmin illərdə “Yuventus”da Platini, “Napoli”də Maradona, “Udineze”də Ziko oynayırdı. Çox təəssüf ki, siz həmin matçları və məşqləri izləməmisiz.

...Di Mariya...
O, “Yuventus” üçün fantastik transferdi. Rəhbərlik çox effektiv qərar verib. Anxel yüksək səviyyəli fərdi keyfiyyətlərə, uğurlu keçmişə, böyük təcrübəyə və titullara malik oğlandı. Hər mənada çox yaxşı futbolçudu. Ona görə də “Yuventus” üçün daha rasional qərar vermək çətin olardı. Dünən Di Mariya ilə görüşdüm və onunla bağlı təsəvvürlərimi təsdiqlədi.

...Facioli ilə Miretti...
Onlar çox xoşuma gəlirlər. Facioli ilə Mirettinin bu yay əsas komandada və fərdi planda təcrübə qazanacaqlarına ümid edirəm. Lazımi qədər istək nümayiş etdirsələr, onları yaxşı gələcək gözləyəcək.

...yenidən məşq etməsi...
Hə məşq edirəm, amma indi buna daha az vaxt sərf edirəm. Hərçənd daha çox olmasını istərdim. Çox səfərlərə çıxıram, bu isə məşqləri ikinci plana salır. Düzgün qidalanmağı, məşqi unutmamağı bacarmalı və beyində sağlam düşüncəyə malik olmalısan.

...Pirlo ilə anlaşması...
Hər şey çox sadə idi: Pirlo ilə ani olaraq anlaşırdıq. Məsələn, “Latsio” ilə matçda topa yaxınlaşıb bir-birimizə baxdıqdan sonra “mən zərbə endirəcəm” demişdim. O isə mənə cavabında “əlbəttə, vur” demişdi. Aramızdakı qarşılıqlı hörmətin səviyyəsi olduqca yüksək idi. Heç bir eqoizmdən söhbət gedə bilməzdi.

...Ronaldo...
Kriştiano Ronaldonun gəlişi İtaliya çempionatına marağı artırdı. Sanki liqanı ilhamlandırdı. Onunla bu yaxınlarda Madriddə görüşdüm, mənim bu fikrimlə razılıq etdi.

...ən yaxşı oyundaşları...
Ən yaxşı oyundaşlarım çox olub. Amma ilk növbədə Di Livionun adını çəkməliyəm. Çünki onunla birgə “Padova”da da oynamışam. Ancelo ilə qardaş kimiyik, aramızdakı qarşılıqlı anlaşmanın səviyyəsi tamamilə fərqlidi. Sonra Çempionlar Liqasında ardıcıl bir neçə finalda oynadığımız illərdə fantastik komanda formalaşdı: mən gənc idim, buna baxmayaraq, komandaya dərhal cəlb olundum. Özümü necə aparmalı olduğumu bilirdim. Həmin komandada Takkinardi, Marokki, Vialli vardı. Bir müddət sonra Buffon, Kyellini, Markizio, Trezeqe və Pirlo peyda oldu. Biz çox qələbələr qazandıq, amma acı məğlubiyyətlərimiz də oldu...

...və unikal səyahət haqda
“Yuve”nin tarixində uzun illəri əhatə edən səhifə açmaq mənim üçün unikal səyahət idi. Bununla fəxr edirəm. Bu klubdakı macəralarıma görə çox xoşbəxtəm. “Yuve”də etdiklərimlə həmişə qürur duyacağam. Amma mənim rekordlarımı yeniləyənə görə də sevinəcəyəm.

RAMİL YUSİFOV hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-07-2022, 21:0

Poqba: “Qayıtmışam və buna görə çox xoşbəxtəm”

Dünya futbolu

1-06-2022, 17:0

“Yuve” Poqbanı qaytarır?

Dünya futbolu

31-07-2022, 19:0

De Liqt "Yuventus"da təəccüblənib

Dünya futbolu

26-06-2022, 17:0

17 ildən sonra “Yuventus”a qayıtdı

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə