“Yuventus” Pol Poqbanın dönüşü ilə bağlı işi davam etdirir. “Mançester Yunayted” bu gün iyunun sonunda azad agentə çevriləcək 29 yaşlı xavbekin klubdan ayrıldığını elan edib.
Turin klubunun rəhbərliyi tezliklə yenidən futbolçunun təmsilçiləri ilə görüşəcək. Tərəflər arasında ilk görüş ötən ay keçirilib. “Yuventus”da fransalı ilə müqavilənin bütün şərtlərini razılaşdıra biləcəklərinə əminidlər. Pol 2012-16 aralığında da Turin klubunun şərəfini qoruyub.