Paolo Montero yenidən “Yuventus”da işləyəcək.
O, 17 ildən sonra İtaliya klubuna qayıdıb. Uruqvaylı mütəxəssis bundan sonra turinlilərin gənclərdən ibarət komandasını çalışdıracaq. Sabiq müdafiəçi “Yuventus”un formasını 1996-2005-ci illərdə daşıyandan iki il sonra futbolçu həyatına vətənində - doğma klubu “Penyarol”da son qoyub. 2014-cü ildə məşqçilik karyerasına başlayan 50 yaşlı Montero indiyədək “Penyarol”, “Boka Xuniors”, “Kolon”, “Rosario Sentral”, “Sambenedetteze” və “San Lorenso”nu çalışdırıb.