"Real"ın sabiq futbolçusu Xose Kalyexon İspaniyaya qayıdıb.
"Football-plus.az" xəbər verir ki, O, "Qranada"ya keçib. La Liqa klubunun mətbuat xidməti 35 yaşlı vingerlə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Kalyexon 2020-ci ilin oktyabrından "Fiorentina"da çıxış edirdi. O, son mövsümdə Florensiya təmsilçisinin heyətində 33 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.