"Real Madrid"in futbolçusu Xesus Valyexo koronavirusa yoluxub.
Bu barədə yerli mətbuat xəbər yayıb. Müdafiəçinin testi müsbət çıxıb.
Qeyd edək ki, "Real Madrid" aprelin 10-da UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin "Çelsi" klubunu qəbul edəcək. Komandalar arasındakı ilk görüşdə Madrid təmsilçisi qələbə qazanıb - 3:1.