Renat Dadaşov oynadı, komanda qələbə qazandı

25.07.2022 18:02 689
Dünya futbolu
İsveçrə çempionatında 2-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" evdə "Luqano"ya qalib gəlib - 2:1.

Renat da bu görüşün iştirakçısı olub. 46-cı dəqiqədə meydana daxil olan Dadaşov 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

3 xalı olan "Qrasshoppers" 3-cü yerdədi. Komanda 1 oyun az keçirib.