• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

4-07-2022, 18:0

Bu yay ölkəmizi Konfrans Liqasında təmsil edəcək üç klubdan biri olan “Qəbələ”nin eyniadlı bölgədə toplanış keçdiyini ötən saylarımızın birində xəbər vermişdik.

Elmar Baxşıyevin çalışdırdığı komanda artıq hazırlığın ilk mərhələsini başa vurub. Qısamüddətli istirahətə buraxılan kollektiv sabah toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. İyulun 13-nə kimi Boluda olacaq komanda iki yoxlama görüşü keçirməyi planlaşdırır. Qardaş ölkəyə səfər ərəfəsində “qırmızı-qaralar”ın baş məşqçisi ilə əlaqə saxlayıb, həm hazırlığın birinci mərhələsini dəyərləndirməsini istədik, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.

- Əvvəlcə iki həftə davam edən Qəbələ toplanışını dəyərləndirərdiz.

- Hazırlığın ilk mərhələsi dünən (srağagün) başa çatdı. İstirahətdən sonra təşkil olunan birinci təlim-məşq toplanışı daha çox futbolçuların kondisiyalarını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu ki, bunu da həyata keçirə bildik. Qısası, hazırlığın ilk mərhələsinin plana uyğun keçdiyini deyə bilərəm.

- Mövsümlərarası fasilədə Səlahət Ağayev, Felipe Santos və İlkin Qırtımovu “rənglərinizə bağlamısız”. Konfrans Liqasında mərhələ adalamaq üçün bu transferlər yetərli olacaq?

- Düşünürəm ki, adını çəkdiyiniz hər üç futbolçu komandaya fayda verəcək. Ancaq elə mövqelər var ki, güclənməyimiz vacibdi. Axtarışlarımız davam edir.

- Klubun idman direktoru Nail Kərimov qəzetimizə açıqlamasında qarşıdakı günlərdə heyətə iki yeni legioner dəvət olunacağını və bununla da transfer çalışmalarına nöqtə qoyulacağını söyləmişdi. Bu yöndə nə yenilik var?

- Qeyd etdiyim kimi, axtarışlarımız davam edir. Diqqətimizi cəlb edən legionerlər var. Ancaq proses danışıq mərhələsindədi. Ümid edirəm ki, yaxın vaxtda istədiyimiz oyunçular düşərgəyə qoşulacaq və heyət tam komplektləşmiş şəkildə məşq edəcək.

- Monteneqrolu Stefan Vukçeviçin məsələsi nə yerdə qalıb? Yarımmüdafiəçinin “Qəbələ”yə dönmək ehtimalı var, yoxsa artıq bu məsələyə nöqtə qoyulub?

- Stefanın məsələsində heç bir yenilik yoxdu.

- Konfrans Liqasının ilk mərhələsində rəqibiniz olan “Fehervar” barədə ətraflı məlumat toplaya bilmisiz?

- Macarıstan klubunun başa çatan mövsümdəki çempionat oyunlarına baxmışıq. Ancaq bildiyiniz kimi, bu yay onların da heyətində müəyyən dəyişikliklər olub. Bəzi futbolçularla vidalaşıblar, kollektivə yeni qoşulanlar var. Bizim kimi, onların da qarşıda yoxlama görüşləri olacaq. Çalışacağıq həmin matçları gözdən qaçırmayaq. Yalnız ondan sonra ətraflı məlumatın olub-olmadığını demək mümkündü. Hələ ki dolgun informasiyamız yoxdu.

- “Fehervar”ın çempionat matçlarını izlədiyinizi bildirdiz. Gördüklərinizə əsasən Konfrans Liqasındakı rəqibinizi premyer-liqada çıxış edən hansı komandaya bənzətmək olar?

- Macarıstan təmsilçisi barədə ilk təəssürat belədi ki, hər xətti balanslaşdırılmış komandadı. “Fehervar”ı bizim premyer-liqada oynayan hansısa kollektivlə müqayisə etməyim düzgün olmaz. Həm topla oynamağı xoşlayırlar, həm də atletik cəhətdən yaxşı təsir bağışlayırlar. Təkrarçılıq olmasın, daha ətraflı bilgiyə yoxlama görüşlərini izlədikdən sonra sahib olacağıq. İndi qarşıya qoyduğumuz əsas məqsəd daha yaxşı hazırlaşıb, Konfrans Liqasında layiqli çıxış etməkdi.

- Kollektivin iki aparıcı üzvü – Ürfan Abbasov və Yaovi Akakpo zədə səbəbindən toplanışın ilk mərhələsini boşa verdi. Hazırda hər iki futbolçunun bərpa prosesi keçdiyi söylənilir. “Fehervar”la oyuna qədər sıraya dönə biləcəklər?

- Adını çəkdiyiniz futbolçuların Konfrans Liqasının ilk mərhələsinin oyunlarında olmayacaqları dəqiqləşib. Ürfanın dönüşü sentyabra nəzərədə tutulub. Yaovi isə 4 həftə gözləməli olacaq. Əlbəttə, hər ikisi komandanın aparıcı üzvüdü. Ancaq onların sağlamlığı ilə risk edə bilmərik. Tam bərpa olunandan sonra bizimlə olacaqlar.

- Bugünlərdə mətbuatda “Qəbələ”nin maliyyə sıxıntısı çəkdiyi barədə xəbərlər yazılır. Bu problem Konfrasn Liqasında çıxışa təsir edə bilər?
- Əlbəttə, maliyyənin vaxtında ödənilməsi futbolçuların motivasiyasına təsir edir. Ümid edirəm ki, qarşıdakı günlərdə problem həllini tapacaq və komanda avrokubok qarşılaşmasına daha istəkli hazırlaşacaq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

2-07-2022, 15:0

"Qəbələ" sabah Türkiyəyə gedir

Premyer-liqa

28-06-2022, 13:0

“Qəbələ” Türkiyəyə getməyə pul tapmır? – AÇIQLAMA

Manşet

28-06-2022, 12:0

“Sumqayıt” ilk yoxlama oyununu bu komandaya qarşı keçirəcək - ÖZƏL

Premyer-liqa / Günün xəbəri

9-06-2022, 13:0

“Qəbələ”, nəhayət, seçimini etdi

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 114
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə