Bildiyiniz kimi, bu gün PFL-in 14 yaşı tamam olur.
Ölkə futbolunda müstəsna rolu olan qurumu bu münasibətlə təbrik edirik.
PFL 14 il ərzində ölkə futbolunun inkişaf etməsi yönündə əlindən gələni etməyə çalışır. Görəsən, qurumda çalışanlar ad günləri ilə bağlı nələr düşünürlər? Bu məqsədlə PFL Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq. Qurum rəsmisindən 14 yaşlarını 14 sözlə ifadə etməsini xahiş etdik:
"2014-cu ildən müxtəlif postlarda çalışdığım PFL həyatım vacib hissələrindəndi. Çünki Ramin Musayevin rəhbərlik etdiyi PFL sadəcə bir iş yeri deyil, həm də biri-birinin qabından yemək yeyəcək qədər mehriban bir ailədi".