Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la oyuna hazırlaşan “Qəbələ”nin eyniadlı rayonda təlim-məşq toplanışında olduğundan xəbərdarsız.
“Qırmızı-qaralar” hazırlığa iyunun 15-dən başlayıb.
Klubun mətbuat katibi Anar Hacı “Football-plus.az” saytına açıqlamasında komandanın artıq sabah Qəbələ toplanışını başa vuracağını bildirdi:
Türkiyə toplanışından söz düşmüşkən, son günlər mətbuatda bölgə təmsilçisinin qardaş ölkəyə yollanmaq üçün təyyarə biletinə və məskunlaşacağı otelə ödəməyə vəsait tapmadığı barədə xəbərlər dolaşır. O da bildirilir ki, AFFA “Qəbələ”yə söz verdiyi ödənişi etmədiyindən “qırmızı-qaralar” çətin duruma düşüblər.
Məsələ ilə bağlı klub rəsmisi bunları bildirdi:
“Qısaca onu deyə bilərəm ki, komanda deyilən vaxtda toplanış üçün Türkiyəyə yollanacaq. Ora gediriksə, deməli, məskunlaşma ilə bağlı da problem olmayacaq”.
RƏŞAD