• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Özümü dünyanın ən xoşbəxt insanı sayıram”

Dünya futbolu

26-06-2022, 22:0

''Qalatasaray''da baş məşqçi problemi, nəhayət, həllini tapdı.

Domenek Torrentlə yollarını ayıran İstanbul nəhəngi, gözlənildiyi kimi, bu vəzifəyə Okan Buruku gətirdi. Dünən ''Nef Stadionu''nunda 48 yaşlı mütəxəssisin imza mərasimi keçirildi.

“Üzr istəmişəm və səhvimi etiraf etmişəm”
Tədbirdə Okan Burukla yanaşı, ''Cim-Bom''un prezidenti Dursun Özbək də iştirak etdi. Detallara gəlincə, Burukla ''1+1'' illik müqavilə imzalanıb. İlk mövsümdə onun məvacibi 17 milyon lirəyə (təxminən 927 min avroya) bərabər olacaq. Gələn yay şərti müqavilə qüvvəyə minəcəyi təqdirdə artıq mütəxəssisin illik maaşı 20 milyon lirəyə yüksələcək. Mərasimdə ilk söz alan Özbək Burukun ''Qalatasaray''a bağlılığından danışaraq və onun Türkiyədə çempion olmuş ən gənc məşqçilərdən olduğunu xatırladaraq, mütəxəssisə uğurlar arzulayıb. Okan Buruk isə bunları deyib: ''Mənim üçün çox mühüm bir gündü. Həm doğma klubuma baş məşqçi kimi qayıdıram, həm də oğlumun ad günüdü. O da bu təyinata çox sevindi. Fürsətdən istifadə edib onu da təbrik edirəm. Məni bu vəzifəyə layiq bilən başqanımıza və idarə heyətinə təşəkkür edirəm. İnanıram ki, anlaşma hər iki tərəf üçün uğurlu olacaq. ''Qalatasaray''ın hədəfi həmişə çempionluqdu. Yeni mövsümdə bu hədəfə çatmaq üçün mən, köməkçilərim, oyunçular və rəhbərlik əlimizdən gələni edəcəyik. Möhtəşəm fanatlarımıza onların layiq olduğu gözəl və baxımlı oynayan bir komanda izlətdirmək istəyirəm. Fanatlarımızla birləşərək yenidən Avropada adından söz etdirən bir ''Qalatasaray'' yaradacağıq. ''Florya''ya ayaq basanda keçmişdə yaşadıqlarım gözümün önündə canlandı. Orda çox gözəl günlərim keçib və 7 çempionluq yaşamışam. İnşallah, məşqçi kimi də gözəl xatirələrim olacaq. Əslində bu vəzifəni nə qədər çox istədiyimi və təklifi necə səbirsizliklə gözlədiyimi dəfələrlə açıqlamışdım. Bu baxımdan hazırda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Fatih Terim də zəng vuraraq xeyir-dua verdi. Hər cür dəstək verməyə hazır olduğunu dedi. Onun türkiyəli məşqçilər üçün açdığı cığırla irəliləməyə çalışacam. İlk növbədə əlimin altında olan oyunçuların hamısını görmək istəyirəm. Məşqdə onların performansını gördükdən sonra bəzi qərarlar verəcəyik. Gənc oyunçuları icarəyə verməyimiz mümkündü. Yunus Akgünün timsalında gördüyümüz kimi bu, onların özünə də xeyirdi. Çünki həm təcrübə toplayır, həm də oyun praktikası qazanırlar. Ötən mövsüm komanda psixoloji cəhətdən yaxşı durumda deyildi. Biz vəziyəti dəyişməyə çalışacağıq. Yarımmüdafiə xəttindəki problemləri də yoluna qoyacağıq. Amma legioner limitini unutmamalı və klubun büdcəsini dağıtmamalıyıq. Səviyyəli oyunçular transfer edəcəyik. Komandanı həm fiziki, həm də psixoloji cəhətdən yüksəltməyə çalışacam. Yeni mövsümə hazırlığın startını bir həftə əvvələ - iyulun 4-dən iyunun 27-nə çəkmişik. Hücumçuları da iş başında görmək istəyirəm. Mənim komandalarım həm 2, həm də 3 hücumçulu sistemlə oynayır. Transferdə izlədiyimiz oyunçular var. Həm səviyyəli, həm də maddi baxımdan bizə uyğun olanları transfer edəcəyik. Futbolçu olduğum dönəmdə müəyyən səhvlərim olub. Lazımi yerdə üzr istəmişəm və səhvimi də etiraf etmişəm. 2008-də burdan çempion kimi ayrılmışdım. Küçədə məni görən insanların uğurlar arzulaması mənim üçün böyük önəm daşıyır. Hamısına təşəkkür edirəm''.

Son 32 ildə Terimdən sonra bir ilk yaşandı

Okan Burukun keçmişdə yol verdiyi səhvi qabartması təsadüfi deyil. Məsələ burasındadı ki, ''Qalatasaray''ın yetirməsi olan və futbolçu kimi hələ 1991-də, Mustafa Dənizlinin dönəmində debüt edən Buruk 10 ildən sonra - 2001-ci ildə ''İnter''ə yollanarkən komandaya pul qazandırmadı! O uzun illər camiədə məhz bu məqama görə birmənalı qarşılanmadı. Bu azmış kimi, 3 mövsümlük uğursuz İtaliya karyerasından sonra Türkiyəyə qayıdaraq bu dəfə əzəli rəqib ''Beşiktaş''la müqavilə imzaladı. Təsadüfi deyil ki, əvvəlki başqan Burak Elmas ''mən burda olduğum müddətdə Okan Burukun ayağı bura dəyməyəcək'' açıqlamasını vermişdi. ''Beşiktaş'' macərası zamanı yalnız ölkə kubokunu qazanmaqla kifayətlənən Buruk 2006-da ''Qalatasaray''a qayıtdı və 2007/08-də burda sonuncu - 7-ci çempionluğunu yaşadı. O son 2 mövsümü ''İstanbul BŞ''də keçirərək karyerasını 2010-da 434 rəsmi oyun, 49 qol, 69 ötürmə göstəriciləri ilə başa vurdu. Bu mütəxəssisin məşqçi karyerası Türkiyə yığmasında köməkçi-məşqçi işləməklə başladı. Daha sonra növbə ilə ''Elazığspor'', ''Qaziantepspor'', ''Sivasspor'', ''Göztəpə'', ''Akhisarspor'', ''Çaykur Rizəspor''da çalışdı. Diqqəti çəkən məqam odu ki, gənc mütəxəssis işlədiyi bütün klubları dirçəltməyi, nəticələrini yaxşılaşdırmağı və ən əsasi hücumameyilli futbol aşılamağı bacarıb. O 2018-də ortabab ''Akhisarspor''la ölkə kubokunu qazanmaqla potensialını göstərdi. Şübhəsiz, Buruk ən böyük uğurunu sonuncu iş yeri olan ''İstanbul BŞ''də əldə etdi. Məşqçi 2019/20-də Abdulla Avcının uzun illər bacarmadığını edərək ilk cəhddən başakşəhərliləri tarixdə ilk dəfə çempion etdi! Buruk ''İstanbul BŞ''dən ayrılandan - 2021-in yanvarından bəri işsiz idi. Bu ilyarım ərzində o dəfələrlə təkliflər alsa da, övladının səhhətindəki problemlər üzündən onların hamısını geri çevirmişdi. Ümumilikdə Okan Buruk məşqçi kimi 192 superliqa matçından 72 qələbə, 47 bərabərlik, 73 məğlubiyyətlə ayrılıb. Onun komandaları hər oyunda orta hesabla 1,37 xal toplayıb. Göstəricinin bu qədər aşağı olması Burukun ''İstanbul BŞ'' istisna olmaqla ortabab və iddiasız klubları çalışdırması ilə bağlıdı.

Türkiyə çempionatında çempionluq sevinci yaşayan 14 yerli mütəxəssisdən biri olan Okan Buruk ''Qalatasaray'' tarixinin 61-ci məşqçisi oldu. Əvvəlki 60 məşqçidən 20-si yerli, 40-ı əcnəbi olub. Daha bir diqqətçəkən məqam odu ki, Okan Buruk 1990-cı ildən bəri Terimdən başqa mövsümün əvvəlində ''Aslan''ın başına keçən ilk yerli mütəxəssis oldu. 1990-da bunu Mustafa Dənizli bacarmışdı. Daha sonra üç fərqli dönəmdə Terim mövsümün əvvəlində komandanın başına keçmişdi. Son 32 ildə Terimdən başqa ''Qalatasaray''da beş yerli məşqçi - Cavat Gülər, Bülənt Ündər, Həmzə Həmzəoğlu, Bülənt Korkmaz və Mustafa Dənizli işləyib. Onların hamısı bu vəzifəyə mövsümün gedişində gəlib!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-06-2022, 20:0

Okan Burukun köməkçiləri bəllidi

Dünya futbolu

21-06-2022, 18:0

Torrent ''Qalatasaray''ın təklifi ilə razılaşmadı

Dünya futbolu

26-06-2022, 12:0

''Qalatasaray'' ilk transferini reallaşdırdı

Dünya futbolu

20-06-2022, 19:0

Torrent hələ də yeni rəhbərliklə görüşməyib

Dünya futbolu

8-06-2022, 11:0

Okan Buruk ''Fənərbaxça''da işləyərmi? - AÇIQLAMA

Aktual
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
Son xəbərlər
  • Bu gün, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Bu gün, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Bu gün, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 16:37
    Karyerasını başa vurdu
  • Bu gün, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Bu gün, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Bu gün, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Bu gün, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Bu gün, 14:36
    "Səbail"dən daha bir transfer
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
Daha çox
Oxunub: 305
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 255
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 210
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə