Bu gün “UFC Fight Night – Fiziev vs Torres” tədbiri çərçivəsində çəkiölçmə mərasimi baş tutub.
“Football-plus.az” xəbər verir ki, görüşdə hər bir idmançıya çəki azaltmaq üçün 2 saat vaxt verilib. Döyüşçülər media nümayəndələri önündə tərəziyə çıxıb.
Milli Gimnastika Arenasında baş tutacaq döyüş günündə 6 əsas, 7 ilkin kart olmaqla 13 qarşılaşma olacaq. Sizi idmançıların çəkiləri ilə tanış edirik:
Gecənin Əsas Döyüşü:
Yüngül çəki: Rafael Fiziev (70,76 kq) - Manuel Torres (70,76 kq)
İkinci Əsas Döyüş:
Orta çəki: Şara Maqomedov (84,36 kq) - Mişel Pereyra (84,14 kq)
Əsas Döyüşlər:
Yüngül çəki: Nazim Sadıxov (70,76 kq) – Mateus Kamilo (70,76 kq)
Super yüngül çəki: Asu Almabayev (57,15 kq) – Çarliz Conson (56,92 kq)
Orta çəki: İkram Aliskerov (84,36 kq) – Brunno Ferreyra (83,91 kq)
Orta çəki: Abus Maqomedov (84,14 kq) – Mixal Olekseyçuk (84,36 kq)
İlkin Döyüşlər:
Yarımorta çəki: Fərman Həsənov (77,33 kq) – Erik Nolan (77,33 kq)
Yarım ağır çəki: Abdul Raxman Yaxyayev (93,44 kq) – Julius Volker (93,44 kq)
Orta çəki: Nursulton Ruziboyev (84,36 kq) – Andrey Pulyayev (84,36 kq)
Yarım yüngül çəki: Kaan Ofli (66,22 kq) – Xavyer Reyes (65,99 kq)
Yarımorta çəki: Daniil Donçenko (77,44 kq) – Teodor Berqren (77,56 kq)
Ən yüngül çəki: Bekzat Almaxan (61,68 kq) – Jan Matsumoto (61,46 kq)
Yarımorta çəki: Tahir Abdullayev (77,33 kq) – Cefferson Nasimento (77,56 kq)
UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın!
Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
İdman






