Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi

26.06.2026 02:05 14
Dünya futbolu / DÇ 2026
Futbol üzrə dünya çempionatında növbəti oyunlar keçirilir.

Bu gün E qrupunda da mübarizəyə yekun vurulacaq. Bakı vaxtı ilə 00.00-da iki oyun start götürüb.

Ekvador – Almaniya, Kürasao – Kot d’İvuar oyunları başa çatdı. Ekvador Almaniya üzərində əzmkar qələbə qazanmaqla ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə vəsiqə qazanmaq şansını artırdı.

E qrupu
Kürasao – Kot d’İvuar 0:2

Nikolas Pepe, 7; 64.

Ekvador – Almaniya 2:1
Nilson Anqulo, 9. Qonsalo Plata, 77 – Leroy Sane, 2.

1. Almaniya 3 2 0 1 10-4 6
2. Kot d'İvuar 3 2 0 1 4-2 6
3. Ekvador 3 1 1 1 2-2 4
4. Kürasao 3 0 1 2 1-9 1