Maykl Rayli İngiltərə Futbol Assosiasiyasının Hakimlər Komitəsinin sədri vəzifəsini tərk edib.
Bu postda 13 il çalışan sabiq hakimin yerini Hovard Uebb tutacaq. 51 yaşlı Uebb 2017-ci ildən ABŞ-ın ən yüksək liqası olan MLS-in Hakimlər Komitəsinə başçılıq edir. Daha əvvəl Səudiyyə Ərəbistanında analoji vəzifəni yerinə yetirən ingiltərəli mütəxəssisn amerikalılarla bağladığı müqavilənin müddəti ilyarımdan sonra başa çatacaq.
Uebb 2003-14-cü illərdə İngiltərə premyer-liqasında 296 matç idarə edib. Sonra yerli Hakimlər Komitəsinin texniki direktoru vəzifəsini yerinə yetirib.