"Səbail"dən daha bir transfer

26.06.2026 14:36 27
Ölkə futbolu
“Səbail” növbəti futbolçu keçidini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bayıl təmsilçisi son olaraq “Baku Sportinq”də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla "1+1" illik müqavilə imzalayıb.

Rubin Seyidov əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub.