"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq

26.06.2026 16:16 40
Ölkə futbolu / Aktual
Bilindiyi kimi, “Zirə” yay hazırlıq prosesini iyunun 25-dən bəri Türkiyənin Bolu şəhərində davam etdirir.

“Football-plus.az” xəbər verir ki, “qartallar”ın burda keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib. Kollektiv sabah Özbəkistan “Novbahor”u ilə qarşılaşacaq. Qəsəbə təmsilçisi iyulun 2-də daha bir yoxlama matçında qüvvəsini sınayacaq. Ancaq həmin matçdakı rəqib hələ məlum deyil.

Xatırladaq ki, “Zirə” ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

KƏNAN BAHADIR