“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?

25.06.2026 17:37 96
Avrokuboklar / Aktual
“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan “Nyu Seynts” ev oyunu üçün biletləri satışa çıxarıb.

“Football-plus.az” Uels təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, klub azarkeşlərinə 4 bilet növü təqdim edib. VİP biletlər 45, sadə biletlər 22, 60 yaşdan yuxarı azarkeşlər üçün nəzərdə tutulan biletlər 15, 18 yaşadək olan tərəfdarlar üçün biletlər isə 8 funt sterlinqdi. Bu o deməkdi ki, qiymətlər, uyğun olaraq, təxminən 101, 49, 33 və 18 manatdı.

Xatırladaq ki, iyulun 14-də keçiriləcək “Nyu Seynts” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 21.30-da İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall”da start götürəcək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul