Elman Himayətoğlunun vəzifəsi artırıldı

26.06.2026 17:29 15
Ölkə futbolu
“Zirə”də kadr dəyişikliyi baş verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Klubun baş meneceri Elman Himayətoğlu bundan sonra idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, Elman Himayətoğlu 2015-ci ildən “Zirə” PFK-da çalışır.