1-ci liqada mübarizə aparan "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun müqavilə müddəti başa çatıb. Təcrübəli çalışdırıcı komandanı elitaya gətirə bilmədi.
“Mingəçevir”in onunla yola davam edib-etməyəcəyini öyrənmək üçün klubun mətbuat katibi Elnur Qasımovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
"Çox güman, Ramiz Məmmədovla davam edəcəyik. Lakin hələ rəsmi müqavilə imzalanmayıb. Hər şey həftəsonu keçiriləcək iclasdan sonra müəyyənləşəcək".
Xatırladaq ki, "Mingəçevir" Ramiz Məmmədovun rəhbərliyi altında premyer-liqaya yüksəlmək uğrunda pley-offa qədər irəliləmiş, “Qəbələ”yə 0:2 uduzmaqla 1-ci liqada qalmışdı.
MURAD ABDULLAZADƏ