Cüdoçumuz bürünc medal qazandı

26.06.2026 15:59 5
İdman
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisi medal hesabını açıb.

"Football-plus.az" xəbər verir ki, Əhməd Yusifov (-60 kq) bürünc mükafata yiyələnib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.

Sabah daha 4 cüdoçumuz mübarizəyə qoşulacaq.