• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byaziyə olan ümidlər Xəzərin sularına qərq oldu… - YAZI

Manşet / Yazarlar

11-06-2022, 15:0

Millimiz Millətlər Liqasında doğma meydanda ilk oyununa çıxdı. Qarşılaşmanın şəhərin mərkəzindən 36 km uzaqda olmasına baxmayaraq, azarkeşlər matça maraq göstərmişdilər.

“Dalğa Arena”nın ətrafında maraqlı ab-hava var idi. Düzdü, AFFA azarkeşlər üçün ekspres avtobuslar ayırmışdı. Bu da fanatların Mərdəkana rahat gəlməsinə səbəb olmuşdu. Buna rəğmən, 6700 tamaşaçı tutumuna malik stadion tam dolmamışdı.

Komandalar meydana çıxarkən stadionda bayram ab-havası yaşandı. Ölkələrin himnindən sonra isə biranlıq çaşqınlıq yarandı. “Sektor 11”in yer aldığı tribunadakılar Slovakiyanın qapıçısına təzyiq göstərdilər. Hakimin qərarı ilə komandaların yerlərini dəyişməsi fanatların sevincinə səbəb oldu. Çünki “Sektor 11” üzərində Şahruddinin şəkli olan pankart açmışdı. Azarkeşlərin “Şahruddin, Şahruddin” sədaları ilə qarşılaşma start götürdü.

De Byaziyə olan ümidlər Xəzərin sularına qərq oldu…


Matçın ilk 20 dəqiqəsində bizim adımıza tək müsbət məqam ancaq fanatlar idi. Bir tərəfdən “Mehtər” marşı səslənir, digər tərəfdən nağaralar, davullar susmaq bilmirdi. Slovaklar isə qapımızın önündə “yatmışdılar”. 25-ci dəqiqədən sonra isə futbolçularımız fanatları həyəcanlandırmağa başladı. Ardıcıl hücumlar azarkeşlər daha da coşdurdu. Ən böyük həyəcan keçirən şəxs, təbii ki, Canni de Byazi idi. Bəlkə də görüşü canlı yayınlayan “CBC Sport” ayrıca kamera ayırmalı idi ki, italiyalını çəksin. Millinin baş məşqçisinin ilk hissədəki hərəkətlərindən film hazırlamaq olardı. Ehtiyat oyunçular skamyasında oturan Mahir Emreli də yerində sakit dayanmırdı. Ramil hər dəfə yerdə qalarkən ortalığa atılıb 4-cü hakimdən penalti tələb edirdi. Lakin hər dəfə referinin fiti susurdu.



Fasilədən sonra azarkeşlər millinin nəsə edəcəyinə ümid bəsləyirdi. Emrelinin də Renatın əvəzinə meydana çıxması onların sevincinə səbəb olmuşdu. Lakin reallıq fərqli idi. Slovakiya səviyyə fərqini göstərdi. Yığmamız isə yalnız müdafiə olunmaqla kifayətlənirdi. Maraq üçün qeyd edək ki, stadiona təşrif buyuranların çoxu əllərində telefonla mini-futbol yığmamızın Avropa çempionatının yarımfinalında Qazaxıstanla görüşünü izləyirdi. Meydanda bizim adımıza maraqlı nəsə olmasa da, ehtiyat oyunçular skamyasındakılar özlərinə əl qatmışdılar. 65-ci dəqiqədə əvəzlənən Ramil sona qədər ayaqüstə qaldı.



Qarşılaşmanın taleyini isə 1 qol həll etdi. Vayss hesabı açan kimi azarkeşlər stadionu tərk etməyə başladı. Slovakların ikinci qolunun VAR tərəfindən ləğv edilməsi sevinclə qarşılandı. Slovakiyaya qarşı 6 müdafiəçi ilə oynayan millinin matçında ancaq belə şeylər üçün sevinə bilərik. De Byazinin rəhbərlik etdiyi komanda isə Millətlər Liqasında 3-cü matçında 2-ci məğlubiyyətini alaraq böyük ehtimalla qrup lideri olmaq şansını itirdi. “Dalğa Arena”da De Byaziyə olan ümidlər Xəzərin sularına qərq oldu...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual

23-04-2022, 13:0

AFFA-dakı dəyişikliklər “Sektor 11”i tribunaya qaytardı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 115
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə