• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çıxar o formanı əynindən, utanmaz! - KÖŞƏ

Manşet / Yazarlar

11-06-2022, 11:0

Müharibəni çıxsaq, məni bu ölkədə milli komandanın oyunu qədər həyəcanlandıran heç bir başqa hadisə yoxdu.

Yeniyetməlik-gənclik çağlarımda bu həyəcan, ehtiras az qala məni affekt vəziyyətinə salırdı; günboyu əlim-işə gücə yatmırdı, hey vurnuxurdum, o dərəcədə düşüncələrin əsiri olurdum ki, yuxuma da yığmanın oyunları girirdi, qınamasaydız, oyun epizodunun təsiri altında ayağımı zərblə çarpayıya vurduğumu da etiraf edərdim. Amma indi... Heç nə, mən də yığmaya çağrılan 26 nəfərə dozasını artırıb-azaltmaqla lənət oxuyan 10 milyondan biriyəm!

Çıxar o formanı əynindən, utanmaz!


Dünənki oyunu da dərin təəssüf hissi ilə izlədim. Bilirsiz, yığma ilə bağlı düşüncələrin axarı necə olur? Hər dəfə uduzacağını bilə-bilə, yenə də “bəlkə bu dəfə...” prinsipi ilə ekran önünə keçirsən, sadəcə, komandanın qazanmasını və ölkəni sevincə boğmasını istəyirsən. Və hər dəfə də heç nə alınmır. Futbolçuyabənzər varlıqlar çıxırlar meydana, sağa-sola, irəli-geri qaçırlar, heç bir müqavimət və varlıq göstərmədən uduzurlar, gedib oteldə dincəlirlər, biz bədbəxtlər isə səhərə qədər yuxuya gedə bilmirik. Azərbaycanın futbol yığması qədər bu xalqın qələbə duyğularını təhqir edən, özünəvurğunluq hissinə zərbə vuran, hətta deyərdim ki, milli natamamlıq kompleksi yaradan heç bir başqa komanda yoxdu! Heç bir başqa idman növündə də, heç bir yaş qrupunda da! Ən pisi odu ki, artıq futbolçular hadisələrin belə axarına öyrəşib, nədənsə onlara elə gəlir ki, həmişə elə belə də oynamalıdılar, heç kim onlara güldən ağır söz deyə bilməz, bütün xalq milli forma geyirlər deyə, az qala onların önündə təzim etməlidi. Niyə, hansı xidmətlərinizə görə? Niyə heç biriniz uğursuz oyundan sonra camaat önünə çıxıb üzr istəmirsiz, niyə “daha bir qələtdi eləmişik, keçin günahımızdan” demirsiz?



Tam 30 ildi bu yığma millətə gözdağıdı, daha doğrusu, 30 illik sentyabrın 17-də tamam olacaq. Bu müddətdə ləyaqətsiz ermənilər torpaqlarımızın 20 faizini işğal etdi, başlarına döyə-döyə, təpikləyə-təpikləyə, Şuşanın sıldırımlarına qanı ilə adını yazan oğlanların ləyaqəti, millət-vətən sevgisi, boyundan yuxarı tullanmaq bacarığı sayəsində yurd yerlərimizi qaytardıq. Bir gün də olsun, torpaqları qaytaracağımıza inamı itirmədik. Amma dünən meydana çıxan komanda bu 30 ildə bir gün də millətə sabahkı günlə bağlı ümid verməyib. Başqaları öz uğurlarından danışanda sifətimizi gizlətməyə çalışmışıq, baxışlarımızı yana çəkmişik, utanc hissindən əriyib yerə girmişik. Dünyanın dörd bir tərəfindən məşqçilər gəlib-gedib, “peraşki” ilə böyüyən futbolçular uduzduqları oyunlardan sonra da mükafat alıblar, xalqın bütün başqa təbəqələrinin bir ay içində qazana bilmədiyini “sutoçnı” kimi alıb həzm-rabedən keçiriblər (haram xoşları olsun!). Və bizim küçəmizdə heç vaxt bayram olmayıb, heç vaxt yığmaya görə gözümüz gülməyib. Ölkənin əsas komandası qrupda sonuncu yeri tutmayanda “buna da şükür” deyib, bığaltı qımışmışıq.



Azərbaycanın futbol yığması artıq o nöqtəyə gəlib çatıb ki, bura sözün bitdiyi, düşüncənin, fikrin emosiyaların altında qaldığı yerdi. Odu ki, qısa kəsəcəm, yığma üzvlərinin hamısına, amma ümumiləşmiş formada yalnız bir sözüm var: çıxar o formanı əynindən, utanmaz!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Yazarlar

29-03-2022, 13:0

De Byazi oteldə özünü niyə söyüb? - KÖŞƏ

Yığma / Manşet

3-06-2022, 19:0

Yenə yığma, yenə fiasko - bu dəfə 0:2... - ƏZABIMIZ BİTDİ

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 115
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə