• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Azərbaycanı buna görə hər gün daha çox sevirəm” - Xulio Sezar Rodriges

Ölkə futbolu / Manşet / Günün xəbəri

6-06-2022, 14:0

Premyer-liqa yekunlaşandan sonra klublarımız yeni mövsüm üçün heyəti formalaşdırmağa başlayıb.

Fəallığı ilə seçilənlərdən biri də “Sabah”dı. Masazır təmsilçisi Aleksey İsayev, Elvin Camalov və Boyan Letiçlə müqavilə müddətini uzadıb, “Sumqayıt”dan Tellur Mütəllimovu heyətinə qatsa da, Slavik Alxasov, Şpiro Periçiç, Səlahət Ağayev və Xulio Sezar Rodrigeslə yolları ayırıb. Təbii ki, gedənlərdən ən çox diqqəti çəkən Xuliodu. Futbolçu yaxşı oyun göstərsə də, Murad Musayevin planlarına uyğun olmadığından ona yeni müqavilə təklif edilmədi. 3 ildi Azərbaycanda çıxış edən paraqvaylı hücumçunun ölkəmizə sevgisi də göz qabağındadı. Oyunçu və xanımı sosial şəbəkə hesablarında daim vətənimzilə bağlı paylaşım edir, Azərbaycandan ağızdolusu danışırlar. Görəsən, onların məmləkətimizə belə bağlılığının səbəbi nədi? Xulio yenidən Azərbaycanda çıxış etmək istəyirmi? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün onunla danışmağa qərar verdik.

- “Sabah”dan ayrılmağı özün də istəyirdin, yoxsa klubun müqavilə müddətini uzatmaq istəməməsi buna səbəb oldu? Gördüyüm qədər komandanı sevirdin..

- Müqavilənin müddəti bitdiyinə və klub tərəfindən yenilənmək niyyəti olmadığına görə ayrılmalı oldum.

- İki il idi “Sabah”da çıxış edirdin. Komanda bu müddətdə avrokuboklara vəsiqənin biraddımlığında dayandı. Səncə, səbəb nə idi?

- Belə deyim, avrokuboklara vəsiqə qazanmamağımızın əsas səbəbi qalib gəlməli olduğumuz oyunlarda xal itirməyimiz və çətin rəqiblərlə matçlarda bizə lazım olan 1 xalı qazana bilməməyimiz oldu.

- Komanda mövsümə yaxşı başlamasa da, Murad Musayevin gəlişindən sonra iddialı çıxış etdiz. Amma yekunda 2 xal fərqi ilə Konfrans Liqasından kənarda qaldız. “Sabah” üçün 2021/22 “futbol ili”ni necə dəyərləndirirsən?

- Bu mövsüm mənim üçün çox çətin keçdi. Çünki zədəyə görə çempionata başlaya bilmədim. Bərpa prosesim uzun çəkdi. Buna görə də bir çox oyunları buraxdım. İlk görüşlərdə çoxlu xal itirdik. Çempionatın sonunda isə 2 xal fərqinə görə Konfrans Liqasının təsnifat mərhələsindən kənarda qaldıq. Düşünürəm ki, bunun səbəblərindən biri çempionatın əvvəlində yol verdiyimiz səhvlər idi. Sonda bunun əziyyətini çəkdik.

- Çoxları “Sabah”ın Konfrans Liqasından kənarda qalmasının günahını sabiq baş məşqçi Ramin Quliyevdə görür. Komanda onun rəhbərliyi altında 7 oyuna cəmi 1 xal toplaya bildi. Sənin bu haqda fikrin necədi?

- Məşqçinin bu məsələ ilə heç bir əlaqəsi yoxdu. Yaxşı başlamamağın məsuliyyəti biz oyunçuların üzərinə düşür. Çünki meydanda olan bizik. Amma iş getməyəndə, təbii ki, həmişə hamı məşqçini günahkar sayır.

- Komandada ispan Xuan Kamara və Kristian Sebalyosla dost olduğunu bilirəm. Bəs hansı azərbaycanlı komanda yoldaşlarınla daha yaxın idin?

- Azərbaycan dilində danışmaq nə qədər çətin olsa da, həmişə hər kəslə yaxınlaşmağa, hamı ilə yola getməyə çalışıram. Komanda yoldaşlarımın hər birini çox sevirəm. Ona görə də xüsusi çəkə biləcəyim bir ad yoxdu. Təbii ki, Xuan və Kristian ilə daha yaxın idim. Bunun da əsas səbəbi eyni dildə danışmağımız idi. Onlar mənim dostlarmdı.

- Premyer-liqada hansı komanda ilə qarşılaşmağı xoşlayırdın? Yəni hansı rəqiblə oyunlar sənə xüsusi zövq verirdi?

- Bütün rəqiblərə qarşı oynamağı xoşlayıram. Ən çox xoşuma gələnlər isə çətin keçən oyunlardı. Buna görə də “Qarabağ”, “Neftçi” və “Zirə” ilə matçlardan xüsusi zövq alırdım.

- “Sabah”dan başqa, “Zirə”də də oynamısan. Bu iki komandadan hansını öndə görürsən? Hansı daha yaxşı oyun göstərir?

- Mənim üçün çox çətin sualdı. İkisindən birini seçə bilmərəm. İkisi də mənim üçün doğmadı. Çünki hər iki klubda həm paltardəyişmə otağında, həm də meydanda olmaqdan həzz alırdım.

- Üç ildi premyer-liqadasan. Çalışdığın məşqçilərdən hansı sənə daha yaxın idi? Hansının rəhbərliyi altında oynamağı daha çox sevirdin?

- Ən yaxın olduğum məşqçi Ramin Quliyev idi. Çox mehriban insandı. Quliyev komandada olanda onunla hamımızın xoş münasibəti var idi.

- Premyer-liqada üç ən yaxşı futbolçunun adını çəkməyini istəsəm, kimləri fərqləndirərsən?

- Medina, Almeyda və mən (gülür).

- Artıq üç ildən çoxdu Azərbaycanda yaşayırsan. Burda qalıb futbol oynamaq istəyirsən, yoxsa başqa ölkədə çıxış etməyi üstün tutursan?

- Məndən olsaydı, hətta burda təqaüdə çıxacaqdım (gülür). Ailəm üçün həmişə burda qalacaqdıq. Azərbaycanı çox sevirik.

- Hansısa Azərbaycan klubundan təklif almısan?

- Düzünü desəm, Azərbaycandan hələ ki təklif yoxdu.

- Deyilənə görə, “Səbail” səninlə maraqlanır. Doğrudu? Bu klubda çıxış etmək imkanın var?

- Azərbaycan klublarından maraq olarsa, bunu həyat yoldaşımla müzakirə edəcəm və buna uyğun qərar verəcəyik.

- Ölkəmizdə azarkeşlər tərəfindən çox sevildin. Xüsusilə də ev oyunlarında tərəfarların ən çox adını çəkdiyi futbolçulardan birisən. Hətta onlar baş məşqçidən səni meydana buraxmağı istəyirdilər. Hər legioner bu qədər bəyənilmir. Azərbaycanlı tərəfdarların sənə olan sevgisinin səbəbi nədi?

- Həqiqətən istəyirdim ki, Azərbaycanda hər şey daha yaxşı olsun. Daha çox tanınım və daha çox insanın sevgisini qazanim. Mənə məhəbbət göstərənlərə həmişə minnətdaram. Azərbaycanı buna görə hər gün daha çox sevirəm.

- Bu ölkənin ən çox hansı özəlliyini sevirsən?

- Şəhərdən başqa, təhlükəsizlik əsasdı. Həyat yoldaşım ölkənizdə özünü çox sakit hiss edir və bu, bizə Azərbaycanı daha çox sevdirir.

- Hansı Azərbaycan yeməklərini xoşlayırsan?

- Nə cavab verəcəyimi bilmirəm, çünki yeməkləriniz çox dadlıdı. Daha çox yeməyə fikir verdiyim üçün adlarını xatırlamaqda çətinlik çəkirəm (gülür).

- Bakıda ən çox getdiyin, gəzdiyin yer haradı?

- Həyat yoldaşımla birlikdə hər yerə gedirik. Konkret məkanımız yoxdu. Həmişə fərqli yerlər kəşf etməyə, Azərbaycanı daha çox tanımağa çalışırıq. Amma ən çox mərkəzdə, İçərişəhərdə, dəniz kənarında gəzintiyə çıxırıq.

- Gördüyüm qədər Azərbaycan dilində bir neçə söz bilirsən. Həmişə oyundan sonra “salam, necəsən” deyirdin və bir az da kimlərləsə söhbət edirdin. Bu sözləri sənə kim öyrədib? Dilimizi öyrənməyə marağın var?

- Bəzi sözləri bilirəm. Karyerama Azərbaycanda davam etsəm, dili daha çox öyrənmək istəyirəm ki, həm söhbət edə bilim, həm də komanda yoldaşlarımla daha yaxşı anlaşaq.

- Deyəsən, xanımın da Azərbaycanı çox sevir. Onun ölkəmiz haqda fikirləri necədi?

- Həyat yoldaşım Azərbaycandan məmnundu. Dediyim kimi, təhlükəsiz şəhəri çox sevir və çox sakit, rahatdı.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-06-2022, 16:0

Transfer dosyesi - YENİLƏNİR

Premyer-liqa

25-05-2022, 15:0

"Sabah"da daha bir ayrılıq

Ölkə futbolu / Manşet

7-06-2022, 17:0

Azərbaycan klubu Rusiya premyer-liqasının bombardirini transfer etmək istəyir - ÖZƏL

Ölkə futbolu

5-06-2022, 11:0

"Sabah"da yeni müqavilə

Premyer-liqa

9-06-2022, 21:0

Turan Manafovu “Səbail”də saxlayan səbəb – ÖZÜ AÇIQLADI

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə