Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI

17.07.2026 11:35 105
Dünya futbolu
Pape Tiav gözlənilən aqibətlə üzləşib. O, Seneqal yığmasının baş məşqçi vəzifəsindən azad edilib.

"Football-plus.az" xəbər verir ki, Seneqal Futbol Federasiyasının məlumatında qərarın dünya çempionatındakı uğursuz nəticəyə görə verildiyi bildirilib.

Seneqal 45 yaşlı mütəxəssisin rəhbərliyi altında Belçikaya qarşı 1/16 final matçında iki top fərqi ilə öndə olmasına baxmayaraq, sonda 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.

Tiav yığmanı 2024-cü ilin dekabrından çalışdırırdı. O, bu ilin əvvəlində komandanı Afrika Millətlər Kubokunda çempionluğa daşısa da (doğrudu, Afrika Futbol Konfederasiyası sonradan titulu finalda uduzan Mərakeş yığmasına verib – red.), mundialdakı uğursuz çıxış onun postunu itirməsi ilə nəticələnib.

“Ekip” qəzetinin yazdığına görə, fransalı Patrik Vieyra Seneqal yığmasının baş məşqçi vəzifəsinə əsas namizəd sayılır.