Azərbaycan kubokunda finalın vaxtı açıqlandı

17.07.2026 17:00 18
Ölkə futbolu
Azərbaycan kubokunda 2026/27 mövsümünün final oyununun keçiriləcəyi vaxt müəyyənləşib.

Bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov danışıb.

O, premyer-liqanın yeni mövsümünün püşkatma mərasimi zamanı bildirib ki, kubokun həlledici oyunu 12 may tarixində olacaq.

Xatırladaq ki, yarışın son qalibi "Sabah"dı.