Tezliklə Fransa yığmasında baş məşqçi vəzifəsinə yeni təyinat olacaq.
"Football-plus.az" xəbər verir ki, milli komandadan ayrılmağa hazrlaşan Didye Deşamı Zinəddin Zidan əvəzləyəcək.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, komandanın DÇ-2026-nın yarımfinalında İspaniyaya uduzaraq (0:2) mübarizəni dayandırmasından sonra Deşamın Fransanın baş məşqçisi kimi fəaliyyəti sona yaxınlaşıb. O, komandanı 3-cü yer uğrunda matça çıxarandan sonra postunu tərk edəcək.
56 yaşlı Deşam Fransa yığmasını 2012-ci ildən çalışdırır. Komanda onun rəhbərliyi altında bir dəfə dünya çempionu olub, bir dəfə isə mundialın gümüş mükafatçısı olub. Fransanın cari turniri bürünc mükafatçı kimi başa vurmaq şansı var.