Premyer-liqada yeni mövsümün püşkü atıldı

17.07.2026 15:22 17
Ölkə futbolu
Bu gün premyer-liqasında 2026/27 mövsümünün püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq.

Tədbirdə 1 və 2-ci dövrələrin püşkü atılıb, üçüncü dövrənin püşkü isə ayrıca - daha sonra atılacaq. Reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz.

Yeni mövsümü startı isə avqustun 14-də olacaq. Turnirdə "Sabah", "Qarabağ", "Zirə", "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qəbələ", "Neftçi", , "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz" mübarizə aparacaq.

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:

Turan Tovuz - ⁠Qəbələ
Araz-Naxçıvan - İmişli
Kəpəz - Sabah
Şamaxı - Qarabağ
Sumqayıt - Neftçi
Zirə - Şəfa


Premyer-liqanın son qalibi "Sabah"dı.