Mane beynəlxalq karyerasını başa vurdu

17.07.2026 19:03 9
Dünya futbolu
Sadio Mane beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib. Onu bundan sonra Seneqal yığmasının oyunlarında görməyəcəyik.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı hücumçu yığmadakı karyerasını başa vurduğunu bu cümlələrlə ifadə edib:

“Bu bayraq naminə hər şeyimi qurban verdim. Bütün gücümü ortaya qoydum və ölkəm üçün sonadək mübarizə apardım. Azarkeşlərin dəstəyi uğurlarımın əsas hərəkətverici qüvvəsi olub. Topladığım təcrübəni bundan sonra da ölkəmin xeyrinə istifadə etməyə hazıram. Bu, məşqçilər korpusunda, ehtiyat oyunçular skamyasında və ya rəhbər vəzifədə ola bilər”.

Mane milli komandada 130 oyun keçirib və 54 qol vurub. Seneqalın dünya çempionatının 1/16 finalında Belçikaya uduzaraq (2:3) mübarizəni dayandırdığını da yada salaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul