• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov

Ölkə futbolu / Manşet

17-07-2026, 17:0

Bu gün Azərbaycan premyer-liqasının 2026/27 mövsümünün püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, tədbirdən sonra PFL-in texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərin suallarını cavablandırıb.

- 15 yaşadək futbolçular arasında Azərbaycanda keçiriləcək dünya çempionatı premyer-liqanın gedişinə mane olmayacaq?
- Yarışların təqvimi hazırlanarkən rəsmi müraciət əsasında bizə daxil olmuş bütün məqamlara baxılıb. Milli fasilələri nəzərə almışıq. Klublar bununla bağlı məlumatlandırılıb. Premyer-liqanın tam təqvimi növbəti həftə açıqlanacaq.

- Bütün klubların ev oyunlarını keçirəcəyi stadionlar dəqiqləşib?
- Klublar çempionatda iştirak etmək üçün lisenziyalaşdırmadan keçirlər. PFL mövsümün başlamasına bir ay qalmış klublardan stadionların siyahısını istəyir. Ötən illə müqayisə etsək, vəziyyət kifayət qədər qənaətbəxşdi. Ötən mövsüm 4 klubun stadion problemini müzakirə edirdiksə, bu il vəziyyət bir az normallaşıb. Debütant "Şəfa" Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"dan istifadə edəcək. "İmişli" rəqiblərini Yevlax şəhər stadionunda qəbul edəcək. Stadionun qazonu FIFA-nın sertfikatına malikdi. Hər iki stadiona əlavə baxış keçiriləcək. Buna uyğun müvafiq addımlar atılacaq. Hazırda stadion məsələsində problem yaşayan yeganə klub "Araz-Naxçıvan"dı. Klubla daimi əlaqədəyik. Onlar müxtəlif variantların üzərində çalışırlar. Bununla bağlı qısa zamanda açıqlamamız olacaq.

- Ötən mövsüm premyer-liqa oyunlarının yayını zamanı qrafiklərdən istifadə olunurdu. Bu, növbəti mövsüm üçün də nəzərdə tutulub?
- Çox istəyirik. Bununla bağlı planlarımız var. Ötən mövsüm bunu test layihə kimi tətbiq etdik. Hazırda bunun üzərində işləyirik. PFL kollektivi növbəti mövsümün daha yaxşı olması üçün bütün addımları atır. Təbii ki, biz tək deyilik, AFFA ilə, klublarla sıx əlaqədəyik.

- "Araz-Naxçıvan"ın ev oyunlarını keçirməsi üçün hansı variantlar var?
- Naxçıvan şəhər stadionu və "Liv Bona Dea Arena" ilə bağlı bizə klub tərəfindən müraciət gəlməyib.

- Çempionatın sponsoru ilə bağlı danışıqlarda vəziyyət necədi?
- Bizim "Misli" ilə uzunmüddətli və dayanıqlı tərəfdaşlığımız var. Bu tərəfdaşlıq nəticəsində idmanda sponsor mələləsinin populyarlaşması, medianın işinin rahatlaşması, öz əməkdaşlarımızın inkişafının təşviqi ilə bağlı addımlar atmışıq. "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələdə müsbət nəticə əldə olunacaq.

- "Araz-Naxçıvan"ın "Liv Bona Dea Arena"da oynaya bilməməsinin səbəbi nədi?
- "Araz-Naxçıvan"dan bizə bu arena üçün rəsmi müraciət daxil olmayıb. Ona görə də bu mövzuda ətraflı danışa bilməyəcəm. Bildiyim qədər onların müqaviləsi başa çatıb. Hansısa klubdan bu stadionla bağlı müraciət gəlsə, ora baxış keçirəcəyik. Hazırda stadionun ot örtüyü yenilənir. Ona görə də çempionat matçlarından öncə arenanın təftişi mütləqdi.

- "Sabah" "Liv Bona Dea Arena"nı öz stadionu kimi göstərib?
- "Sabah" "Liv Bona Dea Arena"nı ehtiyat stadionu kimi PFL-ə təqdim edib.

- İki ildi PFL "fair-play" mükafatı tətbiq edib. Belə bir hadisə baş vermədiyi üçün mükafat heç kimə təqdim olunmayıb. Bu, sizi narahat etmir?
- Mükafat hələ də öz aktuallığını qoruyur, ləğv olunmayıb. Bu istiqamətdə təkcə premyer-liqanı yox, bütün liqaları izləyirik. Həqiqətən də mükafata layiq bir addım atılsa, biz mükafatı təqdim edəcəyik.

- PFL-də prezident seçkiləri olacaq. Bununla bağlı nə deyə bilərsiz?
- PFL-in fəaliyyətini dəyərləndirərkən yalnız son 1 ilə nəzər salmamalıyıq. PFL 2022-ci ildə yeni heyətlə fəaliyyətə başladı. Çalışdıq ki, bütün qərarların icrasını maksimum şəkildə həyata keçirək. AFFA ilə çox uğurlu əməkdaşlıqlarımız oldu. AFFA-nın verdiyi bütün qərarların icrasını həyata keçirdik. Bildiyiniz kimi, PFL seçkili icra orqanıdı. 22 iyul tarixində hazırkı icra orqanının səlahiyyət müddəti bitir. PFL-in ümumi yığıncağı yaxın günlərdə baş tutacaq. Bundan sonra seçki ilə bağlı məlumatlar veriləcək.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Ölkə futbolu

22-08-2023, 15:0

1-ci və 2-ci liqalarda 2023/24 mövsümünün püşkü atılıb

Ölkə futbolu

2-05-2024, 14:0

Klublar Komitəsinin növbəti iclası keçirildi

Ölkə futbolu / Manşet

4-05-2024, 13:0

KK iclas keçirdi, yenə ətraflı bilgi verilmədi

Dünya futbolu

20-06-2026, 22:0

Premyer-liqanın təqvimi açıqlandı

Ölkə futbolu

17-07-2026, 17:0

Azərbaycan kubokunda finalın vaxtı açıqlandı

Aktual
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Son xəbərlər
  • Bu gün, 19:56
    Premyer-liqa, La Liqa və bundesliqa "İdman TV"də
  • Bu gün, 19:56
    Premyer-liqa, La Liqa və bundesliqa "İdman TV"də
  • Bu gün, 19:40
    Premyer-liqada yeni mövsüm başladı! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Bu gün, 18:54
    U-17 Liqa və Gənclər Liqasında püşk atıldı
  • Bu gün, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə