"Sabah"da yeni müqavilə

5.06.2022 11:20 472
Ölkə futbolu
Cari mövsümü 5-ci pillədə tamamlayan "Sabah" yeni "futbol ili" üçün heyətini formalaşdırmağa davam edir.

"Football-plus.az" saytının məlumatına görə, "bayquşlar" Bəxtiyar Həsənalızadə ilə müqavilə müddətini artırıb. Bu haqda klub öz sosial şəbəkə hesablarında xəbər yayıb. Milli üzvü ilə müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulan yeni saziş imzalanıb.