"Sabah"da daha bir ayrılıq

25.05.2022 15:45 661
Premyer-liqa
“Sabah” klubu futbolçu Xulio Rodriqeslə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xulio Rodriges 2020-ci ilin yanvarından “Sabah”da çıxış edirdi.

Qeyd edək ki, daha əvvəl klub Şpiro Periçiç və Slavik Alxasovla da vidalaşıb.