"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi

17.07.2026 15:34 55
Ölkə futbolu / Aktual
Xəbər verdiyimiz kimi, premyer-liqada yeni mövsümün püşkü atılıb.

“Football-plus.az” ın məlumatına görə, "Şamaxı" ilk tur matçını "Qarabağ"ın meydanında keçirməli olacaq. Çünki bölgə təmsilçisinin stadionunda süni işıqlandırma yoxdu. Kluba bu problemin həlli üçün 1 ay vaxt verilib.

Həmçinin, "Kəpəz" yeni mövsümdə ev matçlarını Gəncə şəhər stadionunda keçirəcək. "Sabah" isə "Liv Bona Dea Arena"nı PFL-ə ehtiyat meydança kimi təqdim edib.

2026/27 "futbol ili"nə avqustun 14-də start veriləcək.

İSRAYIL XEYRULLAYEV