Vladimir Petkoviçin Əlcəzair yığmasındakı aqibəti müəyyənləşib. Əlcəzair Futbol Federasiyası (ƏFF) baş məşqçi ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, federasiyanın rəhbərliyi DÇ-2026-da uğursuz çıxışa baxmayaraq, bosniyalı mütəxəssislə müqaviləyə xitam verməyib.
Xatırladaq ki, milli komanda 1/16 finalda İsveçrəyə 0:2 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırmışdı. Petkoviç xüsusilə həmin oyunda nominal hücumçunun olmadığı heyəti meydana çıxardığına görə sərt tənqid olunmuşdu.
Maraqlıdı ki, “Foot Mercato” nəşrinin məlumatına görə, ƏFF-nin rəhbərliyi əvvəlcə Petkoviçlə yolları ayırmağı planlaşdırsa da, yüksək məbləğdə təzminat ödəməli olacağını nəzərə alaraq bu fikirdən daşınıb.
Bununla yanaşı, hazırda komandadaxili vəziyyətin də gərgin olduğu bildirilir. Yerli KİV-in məlumatına görə, milli komandanın bir neçə futbolçusu federasiyanın rəhbərliyinə Petkoviç vəzifəsində qaldığı müddətdə yığmaya qayıtmaq istəmədiklərini çatdırıblar.