• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İcraiyyə Komitəsi yığmanı klubların marağına qurban verdi

Ölkə futbolu / Manşet

2-06-2022, 15:0

Azərbaycan futbolunda 2021/22 mövsümü başa çatdı.

Artıq klublar fasiləyə yollanıb. Lisenziyalaşdırma Komissiyası 1-ci divizionda çıxış edən “Kəpəz”lə “Turan Tovuz”a xoşbəxtlik bəxş etmişdi. Onlara lisenziya verilmişdi. Sadəcə, İcraiyyə Komitəsinin təsdiqi gözlənilirdi. Mayın 31-də, saat 17.00-da, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində qurumun iclası keçirildi. Gəlin, əvvəlcə qərarlarla tanış olaq:

1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsi təsdiq olunsun. Komitənin sədri vəzifəsi müvəqqəti olaraq 3 ay müddətinə Xalid Cavadova həvalə olunsun. Bu müddət başa çatandan sonra tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə 2024-cü ilin martına qədər uzadılsın.

2. Azərbaycan premyer-liqasının 2022/23 mövsümü 10 komandanın iştirakı ilə keçirilsin. Müvafiq lisenziya alan “Kəpəz” və “Turan Tovuz” klublarının çempionatda iştirakı təsdiqlənsin.

3. 2022/23 mövsümündə Azərbaycan premyer-liqasında legioner limiti 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunsun.

4. Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan premyer-liqasında 2022/23 mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilsin. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdı.

5. Naib Əsədov AFFA-nın İntizam Komitəsinə üzv təyin olunsun.

6. Müvafiq komissiyanın təqdimatına uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- Məlik Həsənov
- Xanoğlan Abbasov
- Əli Hüseynov
- Boris Tibilov

İclasın sonunda İcraiyyə Komitəsinin üzvü, “Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğu, Şamaxı şəhərinə gediş-gəliş üçün məsafə ilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq klubda tutduğu vəzifədən istefa verdiyini bildirib. O, Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcəyini qeyd edib. İclas başa çatandan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri və baş katib Sərxan Hacıyev milli komandanın məşqini izləyib.

Yuxarıda qeyd etdiyimiz kimi, aprelin 29-da İcraiyyə Komitəsinin iclası keçirilmişdi. Orda “ilk “11-lik”də 21 yaşadək yerli futbolçu oynadılmalıdı” qaydası ləğv olunmuşdu. 33 gündən sonra isə legioner imiti dəyişdirildi. Növbəti mövsüm klublar start heyətində 7 legioner, 4 yerli futbolçu oynada biləcək. Bu dəyişikliyin səbəbi bəllidi. Avrokuboklarda iştirak edən klubların baş məşqçiləri legioner limitinə qarşı çıxırdılar. Həm Samir Abasov, həm də Rəşad Sadıqov mətbuat konfranslarında legioner limitinin mənasız olduğunu dilə gətirirdilər. Komitə onların bu istəyini tam olmasa da, müəyyən qədər təmin etdi. Təbii ki, bu, klubların avrokuboklarda uğur qazanmasına hesablanan addımdı.

Keçək əvəzetmə məsələsinə. Ötən iclasdan sonra Qurban Qurbanov mətbuat konfranslarının birində belə bir fikir işlətmişdi:

“Bizdən məsləhət istəyirlər, sonra öz bildiklərini edirlər. Bundan sonra ancaq öz komandam haqda düşünəcəm. Belə məsələlərə münasibət bildirməyəcəm”.


Haqlı üsyan idi. Çünki əvəzetmə sayının dəyişdirilməsini mövsümün əvvəlində istəmişdi. Baş məşqçisi olduğu komanda Konfrans Liqasında 5 əvəzetmədən istifadə edirdi. Lakin çempionatda bunu 3 dəfə etməli idi. UEFA 5-li əvəzetmədən istifadə edirsə, nə üçün AFFA buna qarşı çıxmalı idi? Bəs nə baş verdi ki, qurum qərarını dəyişdi? Görünür, AFFA prezidenti Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordeni təqdim edərkən bu məsələ ilə bağlı yenidən söhbət ediblər. Federasiya rəhbəri də ölkənin ən uğurlu məşqçisinin təklifini yenidən müzakirəyə çıxararaq qəbul edilməsinə şərait yaradıb.

Zaur Axundovun istefası təəccüblü deyil. “Keşlə” “Şamaxı” olanda bu gözlənilirdi. Bir müddət öncə “Futbol+”də bu haqda yazı da getmişdi ki, klubun adı “Şamaxı” olandan sonra rəhbərlik dəyişəcək. Bunun səbəbi var. Azərbaycan hakimiyyəti 2023-cü ildə "Türk dünyasının turizm paytaxtı" seçilən Şamaxının strateji əhəmiyyətini artırır. Şamaxı ölkə turizmində əhəmiyyətli mövqe tutacaq. Bu səbəbdən də şəhərin klubu da iddialı olmalıdı. Redaksiyamıza daxil olan məlumata görə, idarəçilik Azər Əliyevə tapşırılır. Ölkə başçısı İlham Əliyevin bacısı Sevil xanımın oğlu həm də Ağır Atletika Federasiyasının vitse-prezidentidi. Özü də idmançı olan Azər bəy klubun Müşahidə Şurasının rəhbəri olacaq. Lakin idarəçiliyi yenidən klub prezidenti edəcək. Hər iki təyinatın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Beləliklə, vacib qərarların səbəbini izah etdik. Həmçinin Cüdo Federasiyasının prezidenti vəzifəsindən ayrılandan sonra Rövnəq Abdullayev belə açıqlama vermişdi:

“Artıq futbolla normal məşğul olmağa başlayacam. Burda görüləsi çox işlər var”.


Görünür, AFFA prezidenti vədinə əməl edir. Elxan Məmmədovun da FIFA-da vəzifəyə keçməsindən sonra boş qalan quruma şəxsən özü nəzarət etməyə başlayıb. Bütün təklifləri dəyərləndirir, söz-söhbətə səbəb olan məsələləri yenidən müzakirəyə çıxarıb, qəbul olmasına çalışır.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

31-05-2022, 21:0

İcraiyyə Komitəsinin mühüm qərarları

Ölkə futbolu

28-05-2022, 13:0

AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!

Aktual / Ölkə futbolu

31-05-2022, 12:0

Limit və əvəzetmə sayı yenə müzakirədə - İcraiyyə Komitəsi toplaşır

Premyer-liqa / Manşet

6-05-2022, 12:0

"Turan Tovuz" və "Kəpəz" rəsmən premyer-liqada

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 244
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 237
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 213
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə