“Cəbrayıl” hələ satılmayıb

17.07.2026 21:18 61
Ölkə futbolu / Aktual
Birinci liqada yeni mövsümün startına ayyarım qalıb. Bəzi iddialı klublar artıq hazırlıq və yoxlama oyunları ilə bağlı planlarını açıqlayıb. Ancaq tam susqun qalanlar da var. Belələrindən biri də “Cəbrayıl”dı. Qarabağ təmsilçisindən hələ ki heç bir açıqlama gəlməyib. Amma bəzi xəbərlər gəzir. Guya klub artıq Rusiyada yaşayan azərbaycanlı iş adamına 1 milyon manata satılıb. Eyni zamanda Elman Sultanovun “sükan arxasına” keçəcəyi də deyilir.

Həqiqətən klub satilib? Yeni rəhbərlikdə kimlər təmsil olunacaq? Yeni rəhbər kim olacaq? Elman Sultanovun baş məşqçi postuna gətiriləcəyi doğrudu? Klubun məsləhətçisi Şahin Məmmədov bizə bu suallarla bağlı cavab verdi:

“Xeyr, klub satılmayıb. Almaq üçün maraqlanan milyonerlər var. Lakin konkret heç nə yoxdu. Elman Sultanovla bu barədə heç bir danışığımız olmayıb. Toplanış avqustun əvvəlinə planlaşdırılır. Baş məşqçi axtarışındayıq. Hələ heç nə aydın olmadığından işlərimizdə gecikmə yaşadıq”.

Xatırladaq ki, birinci liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul